Rüşvət və dələduzluqda ittiham olunan Netanyahuya gözlənilən dəstək Səudiyyədən gəldi
Mьəllif: admin1
Tarix: 22-11-2019, 20:28
Bцlmə: Xəbərlər
Rüşvət və dələduzluqda ittiham olunan Netanyahuya gözlənilən dəstək Səudiyyədən gəldi
İslamazeri.com xəbər verir ki, Netanyahuya qarşı 3 ittiham son anda geri çəkilməzsə, İsrailin hazırki baş nazirinin başı böyük dərdə girəcək.

Artıq İsrail hökümətinin hüquq müşaviri Avixay Mandelblit bu haqda çıxış edərək, Netanyahuya qarşı 3 ittiham irəli sürüldüyünü bildirib.

Onun sözlərinə görə, Netanyahu "4000"-ci işlə bağlı rüşvət almaqda, "2000"-ci işlə bağlı "ictimaiyyətin etibarından sui-istifadə və dələduzluq", "1000"-ci iş üzrə isə biznesmenlərdən hədiyyə alaraq vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Həmçinin məlumat verilir ki, Ədliyyə nazirliyi Netanyahunun əsas ittihamçısı Liat Ben Arinin xaricdən qaytarılmasını reallaşdıracaq. Liat Ben Ari Netanyahuya qarşı istintaqın getdiyi vaxt, Cənubi Afrika Respublikasında ailəsilə birlikdə olduğu üçün bu istintaq yekunlaşmayıb.

Netanyahunun korrupsiya və daha iki ittihamla üz-üzə qalması, İsraildən çox Səudiyyə Ərəbistanında bəzi siyasətçiləri narahat edib.

Cümə günü Səudiyyənin siyasi analitiki Abdul Hamid Ğallabin özünün tvitter səhifəsində "Allah səni qorusun və gücləndirsin. Siz ixlasla öz dövlətinizə və xalqınıza sadiqsiniz.

İsrailə belə bir rəhbər tapmaq üçün çox vaxt lazım olacaq. Siz böyük şəxsiyyətlər arasında olmağınıza layiqsiniz. Bu İsraili ərəb ölkələrində xoş bir ölkəyə çevirdi. (Bu şəxsə) Böyük hörmət və təqdirim var", deyə yazıb.

Qeyd edək ki, İsrail mediasının yazdığına görə, Abdul Hamid Ğallabin İsrail və Səudiyyə Ərəbistanının yaxınlaşması üçün çıxış edən ən tanınmış 50 nəfərdən biridir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930