İranda casusluqda ittiham olunan universitet professoru intihar edib
Mьəllif: admin1
Tarix: 16-02-2018, 23:13
Bцlmə: Xəbərlər
İranda casusluqda ittiham olunan universitet professoru intihar edib
İslamazeri.com İRNA-ya istinadən xəbər verir ki, İranın Baş Prokuroru Qulamhüseyn Möhsin Ejei bir müddət əvvəl casusluqda ittiham olunaraq həbsxanada saxlanılan "İmam Sadiq" adına Universitetin sosiologiya üzrə professoru Kavus Emami həbsxanada intihar etdiyini açıqlayıb.

Prokurorun sözlərinə görə, ekspertiza Emaminin intihar etdiyini təsdiqləyib.

"Bu şəxslər strateji və həsas mərkəzlərdən məlumat əldə edərək, ətraf mühitin qorunması adı ilə, ABŞ-ın xüsusi xidmət orqanlarına, o cümlədən sionist rejimə göndəriblər. Emami başa düşüb ki, istintaq orqanlarının kifayət qədər onun gizli əməllərini sübut edən dəlilləri vardır, hansı ki, onun göndərdiyi məlumatlar təhlükəsizlik xidməti və məhkəmə sistemi tərəfindən bərpa edilmişdi. Bundan sonra, o saxlanıldığı kameraya qayıdaraq orada intihar edib.", -deyə Qulamhüseyn Möhsin Ejei bildirib.

Qeyd edək ki, İran Təhlükəsizlik Nazirliyi bir neçə gün öncə, casusluq ittihamı ilə bir neçə nəfəri həbs etmiş, Emami də, bu həbs olunanlar arasında idi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930