Ərbəin ilə əlaqədar Kərbəlaya 15 milyondan çox zəvvar gəlib
Mьəllif: admin1
Tarix: 20-10-2019, 10:09
Bцlmə: Xəbərlər
Ərbəin ilə əlaqədar Kərbəlaya 15 milyondan çox zəvvar gəlib
İraqdan və eləcə də dünyanın dörd tərəfindən Kərbəlaya gələn zəvvarların sayı 15 milyonu keçib

Maide.Az «tasnimnews»a istinadla xəbər verir ki, bu barədə İmam Hüseynin (ə) müqəddəs hərəmindən açıqlama verilib.

“İraqın müqəddər Kərbəla şəhərinə səfər ayının 6-dan dünənə kimi İmam Hüseynin (ə) qırx mərasimi – Ərbəin günü ilə əlaqədar 15 milyon 229 min 955 zəvvar gəlib."

Zəvvarlar dünyanın müxtəlif yerlərindən Kərbəlaya toplaşmaqda davam edir. Zəvvarların sayının dəqiq statistikası yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, zəvvarların sayı Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminə 4 il öncə quraşdırılmış Almaniya istehsalı olan xüsusi cihaz vasitəsilə hesablanır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930