Çin hökuməti İslami simvolları məscidlərin üzərindən götürür
Mьəllif: admin1
Tarix: 16-09-2019, 10:27
Bцlmə: Xəbərlər
Çin hökuməti İslami simvolları məscidlərin üzərindən götürür
Çin dövləti rəsmiləri İslam dininə aid simvolların məscidlərin üzərindən yığışdırılması haqqında göstəriş verib.

Maide.Az İQNA-a istinadla bildirir ki, göstərişə əsasən məscidlərin günbəzləri və minarələri üzərindən müsəlmanların dini memarlıq simvollarından sayılan aypara (hilal) və ay-ulduz simvolları yığışdırılıb və Çin memarlığının simvolları yerləşdirilib.

Yerli şahidlərin və dini azadlıqlar sahəsində fəaliyyət göstərən jurnalistlərin məlumatına görə, Hanan əyalətinin Jangju şəhərində bu hal müşahidə edilib.

Məlumata görə cari ilin İyul və İyun aylarında Arçi regionunda yeddi məscidin İslami memarlıq simvolları məhv edilib.

Qeyd edək ki, 2017-ci ildə Çin dövləti "İslamın Çinliləşdirilməsi" adlı qanun layihəsini qəbul edib. Buna əsasən İslam mədəniyyətini əks etdirən bütün simvollar Çinli müsəlmanların həyatından təmizlənməlidir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930