Çinli gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 26-02-2018, 21:17
Bцlmə: Xəbərlər
Çinli gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Çinli gənc Çuan Yank İranın Məşhəd şəhərində İmam Rzanın (ə) mütəhhər hərəmində kəlimeyi-şəhadət gətirərək, İslam dinini qəbul edib.

Deyerler.org-un verdiyi xəbərə görə, çinli gənc Astan News-a müsahibəsində İslam dinini necə qəbul etməsindən danışıb: “Mən Tyantszin şəhərində müsəlmanların sıx yaşadığı bir rayonda yaşayıram. Burada yaşadığım üçün müsəlmanlarla daha sıx əlaqdə olmuşam. Müsəlmanların həyat tərzi və inancları mənim çox marağıma səbəb olmuşdu”.

Çuan Yank İslam dininin cəzzabiyyətinin onu bu dinə tərəf çəkdiyini deyib: “Ümid edirəm ki, biz İslam dini barədə çoxlu məlumatlar mənimsəyə və bu məlumatların geniş yayılmasına töhfə verə bilərik”.

Çin Dövlət Universitetində memarlıq üzrə təhsil almış çinli gənc, İmam Rzanın (ə) hərəmini gəzərkən buradakı memarlıq incilərinə baxanda böyük zövq aldığını bildirib: “Bir dinə sahibəm və İslam dininin səmavi kəlamlarını öyrənməyə həvəsliyəm. Umid edirəm ki, vaxt və qarşıdakı çalışmaların məlumatlarımın daha da dərinləşməsinə kömək olacaq”.

İmam Rzanın (ə) mütəhhər hərəmində keçirilən xüsusi mərasimdə çinli gənc Çuan Yanka bir sıra mənəvi dəyərli hədiyyələr verilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930