"Məhəmməd" İngiltərədə ən çox sevilən addır
Mьəllif: admin1
Tarix: 30-08-2019, 21:48
Bцlmə: Xəbərlər
"Məhəmməd" İngiltərədə ən çox sevilən addır
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Böyük İslam Peyğəmbəri(s.ə.s)-ın adı- "Məhəmməd" İngiltərədə oğlan körpələr üçün ən çox sevilən ad olmaqda davam edir.

İngiltərə milli statistika mərkəzi dünən bildirib ki, 2018-ci ildə bu ölkədə dünyaya gəlmiş 6233 oğlan körpə üçün müxtəlif yazılışlarla "Məhəmməd" ad seçilibdir.

Hərçənd İngiltərə milli statistika mərkəzi "Oliver" adını oğlan körpələr üçün sevimli 100 ad siyahısının önündə qərar verib, amma əziz İslam Peyğəmbəri(s.ə.s)-ın adı "Məhəmməd"-in hesalanması və yazılışının müxtəlifliyinə əsasən, bu ad bütövlükdə həmin siyahının önündə gedir.

İngiltərə milli statistika mərkəzinin məlumatına görə, bu ölkədə körpələrə "Məhəmməd" adının seçilməsi 2008-ci ilə nisbətən 2018-ci ildə 28 faizlik inkişafa malik olub.

Qeyd edək ki, Almaniyada da 2018-ci ildə yeni doğulmuş uşaqlara ən çox verilən adlardan biri “Məhəmməd” adı olub.

Alman Dili Cəmiyyətinin (GfdS) araşdırmasına görə, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində dünyaya göz açmış 22177 oğlan uşağından 280-nə “Məhəmməd” adı verilib. “Məhəmməd” adı həmçinin Bremen şəhərində də uşaqlara ən çox verilmiş 2-ci ad olub.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930