`Muhəmməd` Avstriyada ən çox sevilən adlar sırasındadır
Mьəllif: admin1
Tarix: 8-01-2018, 11:09
Bцlmə: Xəbərlər
`Muhəmməd` Avstriyada ən çox sevilən adlar sırasındadır
2017-ci il üçün rəsmi statistik məlumatların araşdırılması göstərir ki, Avstriyada doğulan oğlan uşaqlarına seçilən adlar arasında Muhəmməd adı üçüncü yerdədir.

Maide.Az "İRİB"-ə istinadən xəbər verir ki, birinci və ikinci yerdə isə Aleksandr və Maksimilyan adlardır.

Avstriyada dərc olunan "Kronin Zitunq" qəzeti bildirib ki, bu ölkədə doğulan uşaqlar arasında Muhəmməd adının çoxluq təşkil etməsi mədəni dəyişikliyin göstəricisidir.

Britaniyada və Uelsdə də Muhəmməd adı ən çox sevilən adlar siyahısında ilk onluqdadır.

Britaniya Milli Statistika İdarəsinin verdiyi məlumata görə, Muhəmməd adı artıq Vilyam, Ceyms, Daniyal və bu ölkənin digər tarixi adlarını üstələyib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031