Ali Dini Rəhbər Kəşmirlə bağlı Hindistana səsləndi
Mьəllif: admin1
Tarix: 22-08-2019, 21:29
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər Kəşmirlə bağlı Hindistana səsləndi
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei cənabları avqustun 21-i səhər saatlarında prezident Həsən Ruhani və Nazirlər Kabinetinin heyəti ilə görüş keçirib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, iqtisadi müharibədə yerli istehsalçını “bir döyüşçü” olaraq xarakterizə edən Ali Dini Rəhbər, yerli istehsala olan baxış bucağının dəyişdirilməsini istəyib. Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei iqtisadi tərəqqinin ədaləti təmin etmək və kasıblığı ortadan qaldırmaq hədəfi istiqamətində olmasının zəruriliyini vurğulayıb.

Ali Dini Rəhbər Mədəniyyət Nazirliyinin səlahiyyətlilərinə müraciət edərək, belə deyib: “Nazirlik rəsmiləri və mədəniyyətlə əlaqədar təşkilatlar düşmənin dini, əxlaqi və İslam inqilabi dəyərlərinə qarşı icra etdiyi geniş əhatəli müharibəyə qarşı daha həssas olmalıdırlar”.

İranın siyasi, müdafiə və iqtisadi sahələrdəki qabiliyyətlərinin artaraq inkişaf etdiyini qeyd edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə danışıb: “Düşmən heç bir şey edə bilməz və İslam Respublikasının ikinci qırx ili mütləq bizim üçün daha yaxşı və düşmənlər üçün daha pis olacaq”.

Ali Dini Rəhbər Ayətullah ul-üzma Seyid Əli Xamenei düşməndən qorxulmamalı olduğunu bildirərək, belə danışıb: “ABŞ, Avropa və hətta keçmiş SSRİ qırx il ərzində İslam Respublikasına qarşı edə biləcəkləri hər şeyi etdi, ancaq müvəffəqiyyətsiz oldular. Təbii ki, zülm və əziyyət verdilər, lakin İslam nizamının inkişafına mane ola bilmədilər”.

Çıxışının bir hissəsində Kəşmir böhranına da toxunan Ali Dini Rəhbər, buradakı müsəlmanların vəziyyətinə görə narahatlığını çatdıraraq, belə deyib: “Hindistan hökuməti ilə yaxşı əlaqələrə malikik. Onlardan şərəfli Kəşmir xalqına qarşı ədalətlə davranmağı və təzyiq tətbiq olunmamasını gözləyirik”.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031