Ali dini rəhbər hacılara: “ABŞ siyasəti - müsəlmanları bir-birinin əli ilə öldürməkdir!”
Mьəllif: admin1
Tarix: 20-08-2018, 17:14
Bцlmə: Xəbərlər
Ali dini rəhbər hacılara: “ABŞ siyasəti - müsəlmanları bir-birinin əli ilə öldürməkdir!”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei cənabları Beytul Həramı ziyarət edən hacı namizədlərinə bu gün (20 avqust) yaydığı müraciətində, ABŞ-ın regiondakı müharibə siyasətini qiymətləndirib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu ilki həcc mesajında, ABŞ-ın siyasətinin müsəlmanların bir-birinin əli ilə öldürülməsi olduğunu deyib. Ali dini rəhbər mesajında ABŞ-ın regiondakı müharibə siyasətinə işarə edərək, ayıq olmaq yolu ilə bu şeytanı təxribatı boşa çıxarmağın lazım olduğunu vurğulayıb.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei hacılara aşağıdakıları deyib: “Həcc vacibatı daim və həmişə bu məkanda aydın bir dil və məntiq ilə bütün müsəlmanları birləşdirməyə dəvət edir. Bu məsələ isə, müsəlmanları bir-birinə qarşı çıxmağa qızışdıran düşmənlərin istəyinə ziddir.

İndi cinayət törədən ABŞ-ın davranışlarını nəzərə alın. Onların İslam ilə müsəlmanlara qarşı tətbiq etdiyi əsas siyasəti müharibə törətməyə əsaslanır. Onların çirkin məqsədi - müsəlmanları bir-birini öldürməyə təhrik etməkdir.

Zalımları dəstəkləyərək, məzlumları amansızlıqla yatırmaq ilə bu fitnəni davamlı alovlandırmaq - onların istədiyi şeydir. Müsəlmanlar ayıq olub, bu şeytani siyasəti dəf etməlidirlər. Elə məhz həcc vacibatı bu oyanışın əsaslarını təşkil edir və bu həcc - müşriklər və imperialistlərdən uzaqlaşmağın fəlsəfəsidir!

Allahı yad etmək - həccin ruhudur, hər bir halda Allaha təvəkkül və inamı qəlbimizdə kökləndirməliyik, çünki bu halda düşmənin hiylələrinə qələbə çalacağıq!

Əziz hacılar! Suriya, İraq, Fələstin, Əfqanıstan, Yəmən, Bəhreyn, Pakistan, Kəşmir və Myanmada yaşayan İslam ümməti üçün dua etməyi unutmayaraq, Allahdan ABŞ ilə hökmran sisteminin digər havadarlarının məğlubiyyətə uğramasını istəyin!”.



Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930