Bin Ladenin terrorçu oğlu da öldü
Mьəllif: admin1
Tarix: 1-08-2019, 22:53
Bцlmə: Xəbərlər
Bin Ladenin terrorçu oğlu da öldü
İslamazeri.com-un NBC-ə istinadən verdiyi xəbərə əsasən, Əl-Qaidə terror təşkilatının məhv edilmiş keçmiş lideri Usama bin Ladenin oğlu Həmzə bin Laden ölüb.

Bu haqda ABŞ administrasiyası rəsmiləri məlumat veriblər.

Bir zamanlar “Nömrə 1” terrorçu olmuş Bin Ladenin oğlunun harada və zaman öldüyü barədə isə məlumat verilməyib. Həmçinin, onun ölümündə ABŞ-ın əlinin olub-olmadığı da bəlli deyil.

Xatırladaq ki, 2019-cu ilin Fevral ayında ABŞ Dövlət Departamenti “Əl-Qaidə”də mühüm post tutan Həmzənin yeri haqda məlumata görə 1 milyon dollar mükafat təyin etmişdi.

Qeyd edək ki, Həmzə 2015-ci ildə audio və video müraciət yayaraq, ABŞ və onun Qərb müttəfiqlərindən atasının intiqamını almağa səsləyirdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930