İran: ABŞ bizə yalvarır ki...
Mьəllif: admin1
Tarix: 21-05-2019, 22:51
Bцlmə: Xəbərlər
İran: ABŞ bizə yalvarır ki...
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ və digər böyük dövlətlər dəfələrlə Tehranı danışıqlara səsləyib, ABŞ Dövlət Departamenti isə İrana 8 rəsmi sorğu göndərib.

Bu haqda məlumat İran prezidentinin saytında yerləşdirilib.

“Mən danışıqların və diplomatiyanın tərəfdarı olsam da, bunları hazıki şəraitdə düzgün hesab etmirəm. Mənim BMT-yə ötən ilki səfərim zamanı, 5 məşhur dünya lideri ABŞ prezidenti ilə danışıqlarda vasitəçi olmaq təklifi ilə bizə müraciət ediblər. Onların (ABŞ-ın) Dövlət Departamenti də bizə 8 dəfə xahişlə müraciət edib”, - deyə Ruhani qeyd edib.

O əlavə edib ki, ABŞ-ın təkliflərinə baxmayaraq, “bu gün qətiyyən danışıq zamanı deyil, (əksinə,) müqavimət və qətiyyət zamanıdır”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930