Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı
Mьəllif: admin1
Tarix: 18-07-2019, 22:55
Bцlmə: Xəbərlər
Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı
İslamazeri.com-un “ıslam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiyanın Omska şəhərində dəmiryolu briqadasına aid hərbi hissə ərazisində məscid açılıb.

Açılışı mərasimində Omsk və vilayət Müsəlmanlarının Dini İdarəsinin müftisi Bota Bakulin iştirak edib.

“Biz çoxmillətli dövlətdə yaşayırıq, Allah birdir, Allaha iman xoşbəxtlikdir”, - deyə o qeyd edib.

Müftinin müavini Maqajan Javarov deyib ki, “Mədinə” adlı məscidin açılışı hərbi xidtmətdə olan müsəlmanlar üçün mühüm hadisədir.

Dəmiryolu briqadasının komandiri polkovnik Sergey Şişkin də öz növbəsində bildirib ki, hərbi hissədəki hərbi qulluqçuların 30 faizindən çoxu müsəlmanlardır, pravoslav kilsəsinin yaxının məscidin açılması isə “Rusiya xalqlarının qardaşlığını göstərir”.

Təntənələi mərasim camaat namazı və çay süfrəsi ilə tamamlanıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930