Bu gün dünyanın ƏN BÖYÜK məscidinin açılışı oldu - VİDEO
Mьəllif: admin1
Tarix: 3-05-2019, 21:33
Bцlmə: Xəbərlər
Bu gün dünyanın ƏN BÖYÜK məscidinin açılışı oldu - VİDEO
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın ən böyük məscidinin açılışını etdi.

İslaminSesi-nin “Islam Today”-a istinadən verdiyi xəbərə görə, 63 min nəfərlik tutumu olan Çamlıca məscidi İstanbulun Üsküdar rayonunda yerləşir.

Kompleksin inşası cari ilin 7 Mart tarixində bitib. Türkiyə prezidenti isə məscidi ziyarətçiləri üçün açdı.

Məscidin ərazisi 15 min kvadrat metrdir, onun 6 minarəsindən dördünün hündürlüyü 107 metrə çatır, daha 2 minarənin hündürlüyü isə 90 metrdir.

“Məscid özündə klassik və müasir memarlıq elementlərini birləşdirir, bu məscidin dünyada bənzəri yoxdur”, - deyə İstanbulun Mədəni-maarifçilik fəaliyyəti və Məscidlər Assosiasiyasının rəhbəri Ergin Külüng bildirib..

Bundan başqa, kompleksə 3,5 min avtomobil üçün park yeri, 1000 nəfərlik konfrans zalı, kitabxana və 11 min kv.m ərazisi olan müzey də daxildir. Plana əsasən, məscid İstanbulun ən mühüm simvollarından biri olacaq.



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031