Demokrat qadın siyasətçilər Trampa meydan oxudu
Mьəllif: admin1
Tarix: 16-07-2019, 22:00
Bцlmə: Xəbərlər
Demokrat qadın siyasətçilər Trampa meydan oxudu
ABŞ-ın prezidenti Donald Trampın “Gəldiyiniz yerə qayıdın” sözləri ilə hədəfə aldığı dörd Demokrat qadın konqresmen birgə bəyanat verərək, diqqəti yayındırmaq üçün qurulan bu tələyə düşməmək barədə xəbərdarlıq edib, Trampın vəzifəsindən kənarlaşdırılmasını istəyiblər.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Trampın irqçi tənqidlərinə məruz qalan Aleksandria Okasio-Kortez, Raşida Tlaib, Ayanna Pressli və İlhan Omar birlikdə bir mətbuat konfransı təşkil ediblər.

Mətbuat konfransında danışan konqresmen Pressli belə deyib: “Bu sadə bir şəkildə artıq qabarmış xaosa və bu hakimiyyətin korlanmış mədəniyyətinə qarşı diqqəti yayındırmağa və iğtişaşa sövq etmək cəhdidir”.

Trampın yadlaşdırma və susdurma səylərini rədd edən Pressli, belə deyib: “Biz dörd nəfərdən çoxuq. Komandamız daha geniş, daha bərabər və daha ədalətli dünya inşa etmək istəyən hər kəsə də açıqdır”.

Digər tərəfdən, Trampın Amerika Konstitusiyasını kobud şəkildə pozduğunu bildirən Raşida Tlaib və İlhan Omar, prezidentin vəzifəsindən uzaqlaşdırılması barədə çağırışlarını təkrar səsləndiriblər.

İ.Omar Trampın sözlərinin ağ millətçiliyinin bir təzahürü olduğunu bildirib və Trampın ölkəni bölməyi hər şeydən çox istədiyini söyləyib.

Trampın irqçi və əcnəbi düşmənçiliyi oyun taktikalarını davam etdirdiyini bildirən Tlaib də, belə deyib: “Onun qanunlara sadiq qalmasını təmin etməyə istiqamətləndirməyə davam edəcəyik”.

Aleksandria Okasio-Kortez isə, gənclərə səslənib: “Prezident nə desə də, bu ölkə sizə aiddir. Sevdiyimiz şeylərdən imtina etməyəcəyik. Dar düşüncəlilər və liderlər, meydan oxuma və ya siyasətdəki müzakirələrdən qaçmaq üçün bu ölkəyə qarşı sədaqətimizi mühakimə edirlər”.

Dörd qadın siyasətçi də ABŞ-ın əsas gündəminin səhiyyə sistemi, silahlı zorakılıq və miqrasiya məsələsi olmalı olduğunu vurğulayıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930