Həsən Ruhani Trampın açıqlamasına cavab verdi: Digər ortaqlarımızla danışıqlara davam edəcəyik
Mьəllif: admin1
Tarix: 9-05-2018, 10:42
Bцlmə: Xəbərlər
Həsən Ruhani Trampın açıqlamasına cavab verdi: Digər ortaqlarımızla danışıqlara davam edəcəyik
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Amerikanın nüvə danışıqlarından çıxmasını Tramp tərəfindən elan olunmasından sonra ilk açıqlamasını verib.

"Amerika heçvaxt öz öhdəliklərinə sadiq qalmayıb və onun Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxacağı gözlənilən idi. Bundan sonra bu razılaşma İran ilə Rusiya, Çin, Fransa, Britaniya və Almaniya arasında davam edəcək.", -deyə Ruhani bildirib.

Ruhani Amerikanın nüvə sazişindən çıxmasının gözlənilən olduğunu bildirərək deyib: "İslam inqilabının 40 illik keçmişi və hətta ondan öncəki dövr də bizə sübut edir ki, amerikalılar İranın böyük xalqı və region xalqları qarşısında daima düşmən rəftara malik olublar və heç vaxt region və dünyada sülh və sabitlik istiqamətində hərəkət etməyiblər."

"Trampın nüvə danışıqlarıyla bağlı qərarı İrana qarşı psixoloji müharibənin başlanğıcıdır amma İranın müqavimət göstərən xalqı bu psixoloji müharibənin təsirinə düşməyəcək.

Amerikanın öz sözündən donməsinə baxmayaraq nüvə razılaşması davam edəcək və biz sülh uğrunda digər ortaqlarımızla birlikdə addım götürə bilərik, amma mənafeyimiz təmin olmazsa onda yeni qərarlar verəcəyik.", -deyə Həsən Ruhani qeyd edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930