Azərbaycanlı tapdığı 1 milyonu sahibinə qaytardı
Mьəllif: admin1
Tarix: 5-07-2019, 10:31
Bцlmə: Xəbərlər
Azərbaycanlı tapdığı 1 milyonu sahibinə qaytardı
Meyvə-tərəvəz ilə ticarət edən Şamxal Gözəlov, İrkutsk sakininin maşınının arxasınca qaçaraq 1 milyon rublu sahibinə qaytarmışdır. Böyük məbləğdə pul bağlamasıyla bankdan çıxan şəxs maşına minərkək, bağlamanı maşın parkovkasında yerə salaraq maşını sürüb getmişdi.

"Deyerler.org"un İslam.ru-ya istinadən verdiyi xəbərə görə, Şamxal düşmüş pulu tapdıqdan sonra maşına minərək yoldaşları ilə pul sahibinin axtarışına başladı.

Pulu saldığından xəbəri olmayan şəxs artıq maşınla yan küçəyə dönmüşdü. Şamxal yoldaşlarıyla birgə maşını təqib etməyə başladı. “Maşınının markasını yadda saxlaya bilmişdim, buna görə, ona tez çata bildik. Mən arxadan işiqları yandırıb söndürməklə ona saxlamağı işarə edirdim.

O isə, əksinə sürətini bir az da artırırdı. Yəqin böyük məbləğdə pul apardığını zənn edərək, bizi onu soymağımızdan qorxmuşdu. Çox çətinliklə də olsa maşının şüşəsindən ona saldığı pul bağlamasını göstərə bildik. Bağlamanı görən kimi onun halı dəyişdi və dərhal yolun kənarına verərək maşını saxladı”, - deyə Şamxal hadisə haqqında danışıb.

Pul sahibi Şamxala minnətdarlığını bildirərək ona etdiyi yaxşılıq müqabilində pul vermək istəyirdi, lakin Şamxal imtina etdi. “Hələ uşaq ikən valideynlərim mənə başqasının pulunu götürməməyi öyrədirdi və hər şeyin insana qayıtmasını çox yaxşı bilirəm”, - deyə Şamxal bildirmişdir.

Şamxal bu hadisə haqqında kiminsə bilməsini istəmirdi. Baş verənlər haqda sosial şəbəkədə Şamxalın dostu paylaşmışdır.

Azərbaycandan İrkutska gəlmiş Şamxalın bazarda çox da böyük olmayan meyvə-tərəvəz satışı ilə məşqul olduğu alış-veriş yeri var. Bundan əlavə taksi sürərək həyatnı təmin etməyə çalışır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930