Mirror: İbiza adasında azərbaycanlı turistin milyonluq saatı oğurlanıb
Mьəllif: admin1
Tarix: 27-06-2019, 23:26
Bцlmə: Xəbərlər
Mirror: İbiza adasında azərbaycanlı turistin milyonluq saatı oğurlanıb
İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turist öz dostu ilə dəniz sahilində gedərkən qarət edilib. Britaniyanın "Mirror" nəşrinin məlumatına görə, oğru turistin biləyindən 1,2 mln. avro (1,5 mln. dollar) dəyərində saatı oğurlayıb.

Qarətə məruz qalan şəxsin adı açıqlanmır. Saata gəlincə, dünyada ən bahalı modellərdən biridir.

Polisin məlumatına görə, oğru saatı açmaq üçün öz qurbanını bit neçə dəfə itələyib. Bu saatdan dünyada cəmi 75 ədəddir. Richard Mille (RM) 50-03 McLaren F1 saatının çəkisi 40 qramdır. Turist əlindən yaralanıb.

Saat McLaren F1 avtomobilinin xarici görünüşünə uyğun dizayn edilib (korpus daxilindəki mexanizm dəqiqədə bir dövr sürətlə fırlanır ki, bu da qravitasiya effektini heçə endirir).

Sosial şəbəkələrdə qarət qurbanının kim olması barədə mülahizələr irəli sürülür. Bəzi məlumatlara görə, yol tikintisi sahəsində məmurlardan birinin oğludur.

İbiza adası seks-turizm üçün ən populyar yer sayılır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930