Dünyanın ən bahalı futbolçusu müsəlman oldu
Mьəllif: admin1
Tarix: 16-09-2016, 09:50
Bцlmə: Xəbərlər
Dünyanın ən bahalı futbolçusu müsəlman oldu
Dünyanın ən bahalı futbolçusu olan “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Pogbanın müsəlman olduğu məlum olub.

İslaminSesinin məlumatına əsasən Qvineya əsilli futbolçu öz “İnstagram” səhifəsində məsciddə çəkilən fotosunu paylaşaraq “Qurban bayramınız mübarək” yazıb.

“The Telegraph” yazır ki, Pogba “Mançester”in sabiq müdafiəçisi Patris Evra ilə birgə bayramı qeyd edib.
Qeyd edək ki, bu yay Pol Poqbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçməsi ilə futbol tarixini yeni ən bahalı transferi gerçəkləşdi. Bu transfer üçün ingilislər İtaliya klubuna 2 il ərzində düz 105 milyon avro təzminat ödəyəcək.

P.Poqba özü isə yeni klubunda həftəyə 220 min funt sterlinq gəlir əldə edib. (təqribən 250 min avro). Transferdən 20 milyon avro isə futbolçunun agenti Mino Rayola ödənilib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930