Putin gənclərə Quran oxumağı tövsiyyə etdi
Mьəllif: admin1
Tarix: 7-06-2019, 21:59
Bцlmə: Xəbərlər
Putin gənclərə Quran oxumağı tövsiyyə etdi
Rusiya prezidenti Vladimir Putin gənc nəsilə İncil, Tövrat və Quran oxumağı məsləhət görüb.

İslaminSesi-nin "İnterfaks"-a istinadən verdiyi xəbərə görə, beynəlxalq informasiya agentliklərinin rəhbərləriylə görüş zamanı iştirakçılardan biri prezidentə maraqlı sual ünvanlayıb: "Dünya lideri olaraq, uşaqlara böyümədən hansı kitabı oxumağı məsləhət görərdiz?"

"İncili oxusunlar. Bu hər bir halda onların xeyrinə olacaq. Qoy Tövratı oxusunlar, Quranı oxusunlar. Bütün bunlar həm oğlan, həm qız uşaqlarının dəqiq xeyrinə olacaq", - deyə Putin cavab verib.

O bildirib ki, "bütün dünya dinlərində humanist təməllər mövcuddur, və biz bu qaydalara əməl etsək, dünya daha yaxşı, daha sakit və daha sabit olacaq".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930