Xristian lider: İslam şəhidlərinin xatirəsi əbədiləşdiriləcək
Mьəllif: admin1
Tarix: 31-05-2019, 23:00
Bцlmə: Xəbərlər
Xristian lider: İslam şəhidlərinin xatirəsi əbədiləşdiriləcək
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Uqandanın Namuqonqo şəhərində dinləri uğrunda canlarını itirmiş müsəlmanlara həsr edilmiş abidə ucaldılacaq.

Bunu Uqanda prezidenti Yoveri Kaquta Musenevi bəyan edib.

Qeyd edək ki, 1806-cı ildə adıçəkilən şəhərdə, Uqanda paytaxtı Kampaladan 15 km aralıda, yerli monarx II Mvanginin əmri ilə onlarla insan qətlə yetirilib. Onlar İbrahimi dinləri qəbul etdikləri üçün öldürülüblər. Monarx güman edirdi ki, İslam və Məsihilik onun hakimiyyəti üçün təhlükə mənbəyidir.

Nəticədə, 12 müsəlman, 22 katolik və 23 protestant həlak olmuşdu.

Protestant və katoliklərin qətlə yetirildiyi yerdə artıq abidələr olsa da, indiyədək müsəlmanların bu cür abidəsi yox idi.

Xatırladaq ki, Uqanda əhalisinin təxminən 85 faizi xristian, 14 faizi isə müsəlmandır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930