Ayətullah İsa Qasımdan Bəhreyn xalqına mesaj
Mьəllif: admin1
Tarix: 2-02-2019, 18:12
Bцlmə: Xəbərlər
Ayətullah İsa Qasımdan Bəhreyn xalqına mesaj
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım Bəhreyn xalqının həmişə mübarizələrini, tələblərini və təcavüzkarlığa qarşı mövqeyini davam etdirəcəklərini bildirib.

Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Ayətullah İsa Qasım 14 fevral inqilabının 8-ci ildönümü münasibətilə yaydığı yazılı bəyanatında belə qeyd edib: “Bəhreyn İslam, inanc, elm və məlumat, kəramət və qürur ölkəsidir. Zülmə qarşı dayanıqlı və izzətə sabib olan Bəhreyn xalqı zillətə baş əymədən azadlıq, din, kəramət və izzətini heç nəyə dəyişməz”.

Ayətullah İsa Qasım bəhreynlilərin heç kimə hücum etməyən və təcavüzkarlığa təslim olmayan bir millət olduğunu bildirərək, belə davam edib: “Bəhreyn xalqı hüquqlarını əldə etmək üçün geri çəkilməyən bir millətdir. Həqiqət, ədalət və azadlıq bu millətin dəyişməz tələblərinin bir hissəsidir, onu unutmaz və əldə etməkdən yorulmaz.

Bəhreyn xalqı həmişə mübarizələrini, tələblərini və təcavüzkarlığa qarşı mövqeyini qoruyacaq. Böyük bir gələcəyə doğru irəliləyən Bəhreyni minlərlə dəfə təbrik edirəm”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930