Ayətullah Qasimin nümayəndəsi: Bəhreyn xalqı Ayətullah Xameneiyə tabedir
Mьəllif: admin1
Tarix: 8-02-2017, 10:53
Bцlmə: Xəbərlər
Ayətullah Qasimin nümayəndəsi: Bəhreyn xalqı Ayətullah Xameneiyə tabedir

"Bu gün də adətən ya Ayətullah Xameneiyə ya da Ayətullah Sistaniyə təqlid edirlər, lakin ictimai və siyasi məsələlərdə yalnız Ayətullah Xameneiyə təqlid edirlər..."

İslamazeri.az-ın “Mashregh”-a istinadən verdiyi xəbərə əsasən, Bəhreynli ilahiyyatçı Ayətullah İsa Qasimin İranda olan nümayəndəsi Şeyx Abdullah Dəqqaq Bəhreyn böhranıyla bağlı açıqlama verib.

İran İslam İnqilabının Bəhreynə qoyduğu təsirdən söz açan Dəqqaq bildirib:

“İmam Xomeyni və Ayətullah Xameneinin ortaq prinsiplərindən biri “Allah kəlməsi ən ucadır” ayəsi olmuşdur. İmam Xomeyninin başqa prinsipi isə Allah üçün ayağa qalxması idi. Bəhreyn xalqı dindar insanlardır. Onlar keçmişdə ya İmam Xomeyniyə, ya da Ayətullah Xoiyə təqlid etmişlər. Bu gün də adətən ya Ayətullah Xameneiyə ya da Ayətullah Sistaniyə təqlid edirlər, lakin ictimai və siyasi məsələlərdə yalnız Ayətullah Xameneiyə təqlid edirlər. Biz radiolar vasitəsi ilə İmam Xomeyninin hərəkətlərindən xəbərdar olmuşuq. Bizim fəqihin vilayəti nəzəriyyəsi əqidəmiz çox güclüdür. Belə ki, İranın özündə bu məsələylə ixtilafı olanlar xalqımızın gözündən düşür. Bəhreyn xalqı Ayətullah Xameneiyə tabedirlər".


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031