Tehranın imamcüməsi: “Ümid edirəm 25 il bitməmiş sionist rejimin məhvini görərik”
Mьəllif: admin1
Tarix: 24-11-2018, 10:42
Bцlmə: Xəbərlər
Tehranın imamcüməsi: “Ümid edirəm 25 il bitməmiş sionist rejimin məhvini görərik”
Tehranın imam-cümələrindən Ayətullah Əhməd Xatəmi bugünkü cümə xütbəsində deyib ki, ümid edirəm 25 illik müddət başa çatmadan sionist rejimin məhv olmasına şahid olarıq”.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, noyabrın 23-ü Tehranda cümə namazı xütbələrində danışan Ayətullah Əhməd Xatəmi, Trampın İran xalqına terrorçu olaraq xitab etdiyini xatırladaraq, belə deyib: “Siz özünüz terrorçu kimi bu fəlakəti Suriyaya göndərib, İŞİD başda olmaqla terror təşkilatlarını formalaşdıran Səudiyyə rejimini dəstəklədiniz. Tramp isə başqalarının diqqətini çəkmək üçün kompleksə düşmüş vəziyyətdədir və bu sözlər vasitəsilə İran xalqını alçaltmaq istəyir, ancaq Allahın köməyi ilə ABŞ-ı alçaldan tərəf daim İran xalqıdır”.

Tehrana səfər edən Böyük Britaniyanın xarici işlər nazirinin sözlərini tənqid edən Ayətullah Xatəmi, belə davam edib: “Diplomatiya sistemimiz Böyük Britaniyanın xarici işlər nazirinə belə müdaxilələr etməsi üçün icazə verməməli idi, çünki onun İrana səfərində məqsədi bir casusun azadlığa buraxılması idi. Britaniya rəsmisi eləcə də Səudiyyə rejimi ilə müttəfiq olduqlarını bildirdi. Ancaq biz sizinlə heç bir əlaqəmiz olmadığından şərəf duyuruq”.

Səudiyyə rejimi ilə müttəfiqlərinin Yəməndəki hücumlarına da toxunan Ayətullah Xatəmi, belə deyib: “Yəmən xalqı artıq böyük bir imtahana çevrilən bu ölkədəki böhranda şərəfli bir şəkildə başını qaldırmağı bacardı. Bu ölkədə cinayət törədən Səudiyyə rejimi ilə onlara qarşı səssizliyini heç vaxt pozmayan beynəlxalq cəmiyyət isə boynu bükük qalan tərəflərdir.

İsrail rejimindəki prosesləri də şərh edən Ayətullah Əhməd Xatəmi, çıxışının sonunda bunları deyib: “İsrail rejiminin Qəzza hücumundan sonra sarsılması, keçən həftə eşitdiyimiz yaxşı xəbərlərin başında dayanır. İşğal olunmuş torpaqlara 470 raket atıldı. Bu proses davam edərsə, ümid edirəm bundan əvvəl təyin olunan 25 illik müddət qurtarmadan sionist rejimin ortadan qaldırılmasına şahid olarıq”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930