Allah insanı nə üçün yaratdı?
Mьəllif: admin1
Tarix: 20-08-2014, 13:38
Bцlmə: Xəbərlər
Allah insanı nə üçün yaratdı?

İNSANIN YARADILIŞ HƏDƏFİ

Allah-taala insanı ali bir hədəfə yetişmək üçün yaratmış, həmin hədəfə yetişməsi üçün onu müxtəlif qüvvələrlə təmin etmişdir. Bu hədəf insanın Allah-taalanın bəndəliyi və Onu tanımaq məqamına yüksəlişdən başqa bir şey deyil. Həmin hədəfə yetişən insan Allahın uca xəlifəlik-canişinlik məqamına çatmış olur.Digər varlıqların yaradılışı isə insanın yaradılışına, həyatına müqəddimədir.

HƏDƏFƏ YETİŞMƏK ÜÇÜN VASİTƏLƏR

Allah-taala bəşəri bu ali hədəfə çatdırmaq üçün vasitələr yaratmışdır. İnsan onların vasitəsilə özündəki istedadları cücərtmiş, yetişdirmiş olur.Bu mühüm hədəfə yetişmək peyğəmbərlər və onların canişinlərinə itaət etmədən qeyri-mümkündür.Buna görə də Qurani-kərim Allaha yetişmək üçün bizə vasitələrdən yapışmağımızı əmr etməkdədir: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın!”

(“Maidə”, 35)

Əlbəttə, aydındır ki, bu məsələ müşriklərin etiqadından fərqli bir şeydir. Onlar bütlərə ibadət etməklərini belə ifadə edirdilər: “Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər)”

(“Zumər”, 3).

Ona görə ki, müşriklər bütlərin məxluq olmaqlarını etiraf etmələrinə rəğmən onları müstəqil təsir sahi-bi bilir, onlara ibadət (diqqət edin!) edirdilər. Onlar bütləri rübubiyyətdə (idarəçilikdə) müstəqil bilirdilər. Amma məlum olduğu kimi biz peyğəmbərlər və imamlara (ə) heç zaman belə bir etiqad bəsləmirik.

Ona görə ki, onların yeganə üstün xüsusiyyəti və kamalı Allah-taalaya xalisanə bəndəlikləri, Ona doğru qeyd-şərtsiz dəvətləri olmuşdur: “(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyb və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!” (“Yusif”, 108).

PEYĞƏMBƏRƏ VƏ “ZİL-QÜRBA”YA İTAƏT

Peyğəmbərlərə və övliyalara (peyğəmbərlərin canişinlərinə - müt.) itaət Allaha itaət məqsədi daşıyır: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik” (“Nisa”, 80).

Allaha məhəbbət izharının şərti Peyğəmbərə itaətdir: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (“Ali-İmran”, 31).

Risalətin (peyğəmbərliyin) əvəzi (ki, verilməsi zəruridir) “zil-qurba”ya - Peyğəmbər (s) Əhli-beytinə (ə) məhəbbətdən başqa bir şey deyildir: “Allah iman gətirib yaxşı əməllər edən bəndələrimə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bu-nun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm” (“Şura”, 23).

Peyğəmbərimizin (s) risaləti və onun əvəzi isə, insanın özünə xeyirdən başqa bir şey deyil: “De: “Mən (bunun müqabilində) sizdən elə bir muzd (mükafat) istəmirəm ki, o sizin üçün olmasın. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!” (“Səba”, 47).

Bu mənfəət də Haqq-taalaya doğru hərəkətdən başqa bir şey deyil: “De: “Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm” (“Furqan”, 57).

Bu hərəkət və istiqamətlənmə o həzrətin (s) Əhli-beytinə (ə) sevgidən başqa bir şeylə həyata keçməyəcək. Buna görə də bizə onlara məhəbbət bəsləmək əmr olu-nub. Buna əsasən, məhəbbətdə məqsəd onlara məhəbbətə əsaslanan itaətkarlıq olmalıdır.Bu da Əhli-beytin (ə) Allaha məhəbbət xəttində olmaqlarını çatdırır. Onlar elə bir halda olmalıdırlar ki, onlara sevgi, yaxınlaşmaq elə Allaha sevgi və yaxınlaşmaq sayılsın. Bu da o vaxt mümkündür ki, on-lar bütün mənada və həyatın bütün sahələrində Allaha bəndə olmuş olsunlar.(Bəli, elədir.) Onlar özlərini və bütün məxluqatı ilahi dərgahın fəqirləri bilirdilər. Buna görə də Əhli-beytə (ə) itaət Allah Rəsuluna (s) itaət, ona itaətsə Allah-taalaya itaətdir. Bunun şirklə heç bir oxşarlığının olmaması çox aşkardır.

SINAQ VƏ ONUN MƏQSƏDİ

Əlbəttə, bu itaət və məhəbbət Allahın böyük sınaqlarındandır. Bununla insanın varlıq cövhəri özünü büruzə verir, haqq axtaranlar digərlərindən ayrılır və bəndəliyin həqiqi nəticələrinə yetişirlər: “İnsanlar yalnız: “İman gətirdik!” - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Al-lah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!” (“Ənkəbut”, 2-3).

Bu hətta peyğəmbərlərə də şamil olan bir sınaqdır. Bu sınaq Allahın bilməyi üçün deyil, insanın itaət ya-xud günahı həqiqətən seçməsilə (öz) varlıq həqiqətlərini aşkarlaması məqsədi daşıyır. Eynilə il ərzində şagirdlərinin istedadlarına agah olan, amma bu həqiqəti şagirdlərinə aşkar etmək və fəal şagirdi qeyrisindən ayırmaq üçün imtahan götürərək onları imtahan-dan sonrakı nəticələrə yetişdirən müəllimin rəftarına bənzəyir.

İnsanın nəfsi - dünya və onda olanlara qarşı olan meyllərlə bağlı (bu meyllər onun varlığının bir parçasıdır) olan xilqətinin hədəfini nəzərə almaqla- mənfı və müsbət hallara malikdir. Bu halların zahir olması, həyata keçməsi və səmərə verməsi bu sınaqların nəticəsindədir.

-NƏFSİN MÜXTƏLİF HALLARI-Maddi yaradılışa uyğun olaraq ilk öncə insanda mad-di meyllər özünü büruzə verir. Məsələn: yemək, ailə qurmaq və məskən salmağa olan meylləri buna misal çəkmək olar.

Bu meyllərin hər biri təbii olaraq xüsusi agahlıq tələb edir. Bu üzdən də (qeyri-ixtiyari də olsa) insanda müxtəlif hallar özünü göstərir ki, onların hamısı özünü istəməkdən qaynaqlanır. Məsələn: sahibkarlıq, həsəd, paxıllıq və s. Amma bu hallar tamahkarlıq üzündən baş verdiyi üçün sabit halda olmur.

Sonra yavaş-yavaş əqli qüvvələr özünü göstərməyə başlayır və insan ətraf aləm, özü və məqsədi haqda sual-lara cavab axtarmağa başlayır. İnsan özündə olan ümu-mi dərklər əsasında dünya və özü haqda ümumi baxışlar əldə edir. Belə bir zamandır ki, yaradılış nizamı onun üçün tələb olunan məqsədə doğru yol göstərir.

Bu arada Allah-taala sınağın həyata keçməsi üçün başqa şeyləri də yaradıb ki, insan agahlıq üzündən həqiqi yolu həqiqi olmayandan ayırd edərək ona uyğun yaşasın və beləliklə də öz həqiqi istedadlarını çiçəkləndirsin.

Həmin şeylər dünya, onda olanlara olan meyl və on-lardan istifadə edərək insanı hədəfdən uzaqlaşdırmaq, onu qəflətə salaraq o meyllərdən düzgün istifadə etməyə qoymayan şeytandır.

Bu meyllərin şiddətinə və onların düz yoldan çıxmasına, “pisliyə əmr edən nəfs” (“əmmarə nəfs”)

deyirlər: “Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər” (“Yusif”, 53).

Aydın məsələdir ki, hər düz yoldan çıxmağın da özünə xas olan qəfləti var. Necə ki, İmam Səccad (ə)

buyurub: “(nəfs) Qəflət və səhvlərlə doludur”.Nəfs bu halda özbaşına buraxılarsa şeytan onu öz ixtiyarına alacaq, onu öz vilayətinə (hökmranlığına) daxil edəcək: “Biz şeytanları iman gətirməyənlərin dostları etdik... Allahı qoyub şeytanları özlərinə hava-dar tutmuşdular və özlərinin doğru yolda olduqlarınıgüman edirlər” (“Əraf”, 27-30)”; pis işləri yaxşı cilvələndirəcək: “Şeytan onlara öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar!” (“Nəhl”, 63); beləliklə də nəfsin o pis işdən xoşu gələcək, onu qəbul edəcək. Buradadır ki, nəfsə “müsəvvələ”-cilvələndirici deyirlər: “Dedi: “Xeyr, sizin öz nəfsiniz sizə bu işi cilvələndirmişdir” (gözəl göstərmişdir) (“Yusif”,18 və 83).

Bundan sonra nəfs özünə qayıdaraq peşman olsa və özünü danlayaraq haqq yola dönsə, belə nəfsə “ləvvamə- nəfs”-“danlayan nəfs”- deyirlər: “And içirəm (günah et-diyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə!” (“Qiyamət”, 2).

Nə qədər ki, nəfs öz halları və əməllərindən muğayat olmayıb, onları haqq-hesaba çəkməyib, qarşısındakı maneələri görməyib və onları islah etməyib, ali məqsədlərə nail ola bilməyəcək.

MƏRİFƏTULLAH (ALLAHI TANIMAQ) YAXUD NƏFSİ TANIMAQ

Yaradılışın əsil hədəfi Allah-taalanı həqiqi şəkildə tanımaqdır. Bu zaman insanın nəfsi də tanınmış

olur. Bu mühüm hədəfə yetişmək yalnız bəndəliyə çatdıran vəzifələrin həyata keçrilməsinə diqqətli ol-maq və nəfsi mühasibəyə-hesaba çəkməklə mümkün ola bilər. Qurani-kərim bizə bunu əmr edir: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Al-lah etdiklərinizdən xəbərdardır! Allahı unutduqları üçün

Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın

itaətindən çıxmış) fasiqlərdir!” (“Həşr”, 18-19).Bu ayədə möminlərə pəhrizkar olmağı tövsiyə edəndən sonra Allah-taala onlara öncə nəfsdən muğayat olmağı, sonra isə nəfsi hesaba çəkməyi tövsiyə edir (mühasibə göstərir ki, müraqibə-nəfsdən muğayat olma- davamlı surətdə yerinə yetirilib, yoxsa yox).

Bu iki məsələ (müraqibə və mühasibə) insanı Allaha doğru daimi diqqətə sövq edir və bu daimi diqqət yavaş-yavaş Allahı tanımaq (mərifət) qapılarını insanın üzünə açır. Bu həqiqi mərifət nəticəsində özümüzün və digər varlıqların Allahla rabitəsini anlayır, əldə edirik. Bu həqiqi rabitənin keyfiyyətinə yetişmək sayəsində nəfsin yüksək ali məqamları (yəqin, aramlıq və razılıq kimi) özünü göstərir.

Belə məqamda nəfs, “mütməinnə”, “raziyə” və “mərziyyə” sifətlərinə yiyələnir, Allahın xüsusi bəndələri sırasına daxil olmaq müraciətinin hədəfi ol-maq qabiliyyətini qazanır və ona: “Ey xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən On-dan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” (“Fəcr”, 27-30)- deyilir.

Bunun müqabilində, əgər nəfs əməllər və qəbahətli hallara qarşı olan özünü danlaq halından kənarlaşar və onlara muğayat olmazsa yavaş-yavaş qarşısına “is-tidrac” (tədrici şəkildə məhvolma) halı çıxacaq; tövbə etməzsə varlığı ziyana uğrayacaq: “Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir” (“Əraf”, 9). Nəhayət Allahın ayələrini inkar edərək, yalanlayacaq: “Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!” (“Rum”, 10). Bu zaman Allahın qəzəbinə düçar olacaq və



Cəhənnəmə düşərək kafirlərə yoldaş olacaq.Əlbəttə, bütün mərhələlərdə şeytanın hücumu və nəfsani istəklərin qələbəsindən hökmən Allaha sığınmaq lazımdır ki, O bizə pənah versin. Necə ki, Öz Peyğəmbərinə buyurur: “Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!” (“Muminun”, 97-98).

ƏHLİ-BEYTİ (Ə) ZİYARƏT ETMƏYİN SİRRİ

Bu qısa mətləbə diqqətdən sonra Əhli-beytin (ə) özlərini ziyarət etməyə tövsiyə etməklərinin sirri aydın olur. Ona görə ki, bu məsələ Allaha yaxınlaşmaq və hədəfə yetişmək üçün onlara məhəbbət izhar etmək yollarından biridir. Həqiqətdə biz ziyarət etməklə onları son kamala doğru olan hərəkətdə özümüzə ülgü seçmək istəyirik. Yoxsa bu işdə məqsəd xoşgüzaranlıq, nəfsani meylləri doyuzdurmaq, maddi mənafelərə yetişmək deyil.

Buna görə də o cənablar (ə) öz ziyarətnamələrində tövhid, risalət, məad, vilayət, əxlaqi və tərbiyəvi məsələlərdən ibarət olan İslam maarifi külliyyatını xatırladıblar ki, biz o əxlaqi və nəfsani səciyyələrə inan-maq, onlara sahib olmaq sayəsində Allaha yaxınlaşmaq ləyaqətini qazanaq.Bax, belə bir haldadır ki, onları ziyarət etmək Allah-taalanı ziyarət etmək sayılacaq və insanın Cənnətə getməsinə səbəb olacaq.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930