Yəhudi insan haqları müdafiəçiləri Qəzzaya dəstək verdi
Mьəllif: admin1
Tarix: 22-09-2018, 13:15
Bцlmə: Xəbərlər
Yəhudi insan haqları müdafiəçiləri Qəzzaya dəstək verdi
İsrail rejiminin işğalı altında olan torpaqlarda fəaliyyət göstərən insan haqları müdafiəçilərindən ibarət olan bir qrup blokada altındakı Qəzza sərhədində martın 30-dan davam edən Böyük qayıdış yürüşü aksiyalarına dəstək vermək üçün sərhədin İsrail rejimi tərəfində aksiya keçirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, müxtəlif insan haqları təşkilatlarından təxminən 50 fəal İsrail rejiminin Qəzzaya qarşı pozuntularına reaksiya veriblər.

Fələstin bayraqları daşıyan insan haqları müdafiəçiləri “Qəzzaya azadlıq” plakatını açıblar, bəzi fəallar də Böyük qayıdış yürüşü vaxtı İsrail rejiminin qüvvələri tərəfindən şəhid edilən fələstinlilərin fotoşəkillərini qaldırıblar.

Fəallar qəzzalılarla həmrəylik aksiyasında “Sionist şeytan işğalçıdır, hər işğal sona çatır”, “Geri qayıdış haqqını gətirəcəyinizə inanırıq” şüarlarını səsləndiriblər. Bəzi nümayişçilərin də ərəbcə, ingiliscə və ibri dilində “Qəzzaya azadlıq” yazılmış qısaqol köynəklər geyiniblər.

Bölgədəki sionist məskunlaşma məntəqələrində yaşayan bəzi sionistlər isə fəallara etiraz ediblər. Nümayişçilərin üzərinə atılan və əllərindəki Fələstin bayraqları ilə plakatları almağa çalışan sionistlər ilə fəallar arasında gərginlik yaşanıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930