Qəzzadakı Böyük qayıdış yürüşü şəhidlərinin sayı 156-ya yüksəldi
Mьəllif: admin1
Tarix: 4-08-2018, 15:57
Bцlmə: Xəbərlər
Qəzzadakı Böyük qayıdış yürüşü şəhidlərinin sayı 156-ya yüksəldi
İsrail rejimi əsgərlərinin Qəzzadakı Böyük qayıdış yürüşü aksiyalarına sərt müdaxilə etməsi nəticəsində 1 nəfər həlak olub, 120 nəfər də yaralanıb.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra verdiyi yazılı açıqlamasında, Qəzzanın şərq sərhədində keçirilən aksiyalarda 25 yaşlı Yəhya Yagi adlı fələstinli gəncin İsrail rejimi əsgərləri tərəfindən vurularaq öldürüldüyünü bildirib.

Martın 30-dan etibarən davam edən aksiyalara sionist əsgərlərin sərt müdaxiləsi nəticəsində şəhid olan fələstinlilərin sayı 156-ya yüksəlib.

Digər tərəfdən, Qəzzadakı gənclərin yanan kağız ilan və heliumla dolu şar göndərmələri nəticəsində Qəzza ətrafındakı sionist məskunlaşma yerlərinin 15 nöqtəsində yanğın baş verdiyi bildirilib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031