Minlərlə arakanlı müsəlman BMT-dən ədalət istədi
Mьəllif: admin1
Tarix: 26-08-2018, 08:16
Bцlmə: Xəbərlər
Minlərlə arakanlı müsəlman BMT-dən ədalət istədi
Myanma ordusunun 25 avqust 2017-ci ildə silahlı yaraqlılarla mübarizə bəhanəsi ilə Arakanda mülki vətəndaşlara qarşı törətdiyi soyqırımın üzərindən 1 il keçməsinə baxmayaraq, illərdir sistematik qətliama məruz qalan müsəlman azlığın göz yaşları dayanmır.

Deyerler.org xəbər verir ki, 25 avqust 2017-ci ildə Arakandakı sərhəd məntəqələrinə təşkil olunan ardıcıl hücumları əsas göstərən Myanma ordusu və buddist millətçilər, həmin gün kütləvi zorakılıq aktlarını həyata keçirməyə başladı və 10 minə yaxın insan qətlə yetirildi.

Etnik təmizliyə çevrilən hücumlarda 350-dən çox kənd, ordu və radikal buddistlər tərəfindən məhv edildi, 700 mindən çox arakanlı müsəlman dağlıq ərazilər, çay və ya dəniz üzərindən qonşu Banqladeşə sığınmağa məcbur oldu.

Banqladeşə keçməyə çalışan arakanlı müsəlmanların faciəsi qaçış yolunda da davam etdi. Arakanlı müsəlmanları daşıyan qayıqlara atəş açılması nəticəsində əksəriyyəti uşaq olmaqla onlarla insan suda boğularaq, həlak oldu.

Qaçış vaxtı arakanlı müsəlmanların içində olduğu əldəqayırma qayıqlar tez-tez çevrildi, quru, dəniz və çay keçid yollarında Myanma təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldı.

Myanmadakı zorakılıq hadisələrindən qaçıb, Banqladeşə sığınan və 25 avqustdan etibarən sığındıqları Coxs Bazar ərazisindəki düşərgələrdə çətin şərtlər altında yaşayışlarını davam etdirməyə çalışan yüz minlərlə arakanlı müsəlman, dünyanın onlara yardım əlini uzatmasını gözləyir.

Qətliamın ildönümündə arakanlı müsəlmanlar etiraz yürüşü keçiriblər. Minlərlə arakanlı qaçqın, Banqladeşdəki düşərgələrində “BMT-dən ədalət istəyirik” şüarlarını səsləndirərək, yürüş keçirib.

Aksiyaya qoşulan arakanlı qaçqınlardan biri isə, əlində “Bu andan etibarən təkrarlanmayacaq: 25 avqust 2018 Arakan soyqırımının ildönümü” sözləri yazılmış plakat qaldırıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930