Myanma rəsmiləri Arakanda 16 məscidi dağıtdı
Mьəllif: admin1
Tarix: 12-12-2017, 14:58
Bцlmə: Xəbərlər
Myanma rəsmiləri Arakanda 16 məscidi dağıtdı
Myanmanın arakan əyalətinin Maunqdau bölgəsində rəsmilərin 16 məscidi buldozerlə dağıtdığı bildirilib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, “Weekly English News” kanalının şahidlərə əsaslanıb verdiyi xəbərinə görə, yerli rəsmilər noyabrın sonu ilə dekabrın əvvəlindəki bir həftə ərzində Maunqdaudakı 17 məsciddən 16-nı dağıdıb.

Kəndlilər evlərindən sonra müqəddəs məkanlarına hücum edildiyini, Myanma hökumətinin dağıntıların qarşısını almaq üçün heç bir şey etmədiyini bildiriblər. Bölgədə qalan son məscidin də digərlərinin taleyi ilə üzləşə biləcəyi bildirilib.

Xəbərdə, həmçinin Paktoda arakanlı müsəlmanların qaldığı bir düşərgədə dekabrın 7-də naməlum bir səbəblə yanğının baş verdiyi qeyd olunub. Yanğında ölən ya da yaralanan olub olmadığına dair məlumat verilməyib.

Napura kəndində isə Myanma təhlükəsizlik qüvvələrinin rohinyalı müsəlmanlara aid 4 evi yandırdığı qeyd olunub.

Bu arada, BMT açıqlama verərək, avqustun 25-dən etibarən Myanmada zülm və qətliamlardan qaçıb Banqladeşə sığınan rohinyalıların sayının 626 minə çatdığını bildirib.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031