Adnan Oktarın sərvəti açıqlanıb: ŞOK MİQDAR
Mьəllif: admin1
Tarix: 24-07-2018, 08:32
Bцlmə: Xəbərlər
Adnan Oktarın sərvəti açıqlanıb: ŞOK MİQDAR
Adnan Oktar və qrupunun sərvəti təəccübləndirib. Türkiyə Maliyyə Cinayətləri Araşdırma Komitəsinin (Mali Suçları Araştırma Kurulu-MASAK) göndərdiyi hesabatlardan sonra polisin apardığı araşdırmalara görə Oktarın sərvəti 1 milyard dollara yaxındır.

İslamazeri.com xəbər verir ki, Adnan Oktar cinayət təşkilatına qarşı keçirilən əməliyyatda yeni detallar oraya çıxıb. Casusluq, uşaqlara cinsi istismar, inanc istismarı kimi bir çox cinayət aşkar edilən Adnan Oktarın təşkilata zorla gətirilən qadınları ruh və ağıl sağlamlığı müalicəsində istifadə olunan dərmanlar verərək kölə halına gətirdiyi iddia edilib. Zərərçəkən və şahid ifadələrindən yola çıxan hüquq-mühafizə orqanları, təşkilat lideri Adnan Oktar və nəzarət altındakı hamıdan qan nümunələri aldırıb. Əməliyyatdan sonra səhiyyə nəzarətinə çıxarılan təşkilat üzvlərindən qan nümunələri alınaraq analizə göndərildiyi öyrənilib.

"Yeni Şəfəq" qəzetindən Şahin Şənin xəbərinə görə, MASAK tərəfindən göndərilən hesabatla əməliyyatın startını verən polis dəstələri Oktar və üzvlərinin bank hesablarını da araşdırma altına alıb. İlkin nəticələrə görə 200 milyon dollar sərvəti olan Oktarın sərvətinin daha çox olduğu iddia edilib. Banklardan gələn hesab hesabatlarını dəyərləndirən polis Oktarın sərvətinin 1 milyard dollara yaxın bir rəqəmə çatacağını proqnozlaşdırır. Digər tərəfdən, təşkilatın, maddi gücünü istifadə etdiyi bəzi üzvlərini təşkilatdan atdığı iddia edilib. Aldadılaraq təşkilata üzv edilən bəzi qadınların mal varlıqlarını itirdikdən sonra təşkilatdan çıxarıldığı və bu qadınların intihar həddinə gəldiyi müəyyən edilib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031