Diyanət sədrilə Adnan Oktar arasında söz dueli: Oktar Diyanət sədrinin "Ağlını itirib" ifadəsinə nə dedi?
Mьəllif: admin1
Tarix: 1-02-2018, 21:43
Bцlmə: Xəbərlər
Diyanət sədrilə Adnan Oktar arasında söz dueli: Oktar Diyanət sədrinin "Ağlını itirib" ifadəsinə nə dedi?
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qəzet və TV-lərin Ankara təmsilçilərilə Diyanət İşlər İdarəsində etdiyi görüşdə,

Diyanət İşlər İdarəsinin sədri Professor Əli Erbaş Adnan Oktarla bağlı maraqlı açıqlamar vermişdi. O "İnşəllahlar, maşallahlar havada uçur, dini əsas kimi rəqqasələri oynadırsan, belə bir şey ola bilərmi? Tamamilə ağlında problemlər yaranıb", -deyə qeyd etmişdi.

Adnan Oktar canlı yayımla bu açıqlamaya cavab verib. Oktar Diyanət İşlər İdarəsinin sədri üçün "Sən FETÖ üçün gecikdik - deyirsən.

Əlbəttə özüdə çox gecikdiz. Amma indi nə etməlisiz? 200 min qadının işlədiyi rəsmi fahişəxanaları bağlamalısız. Başqa işlərə qarışacağam deyəcəksən - xeyir ən böyük haram budur.

Baxın 200 min vətən övladı olan qadın "Genelev"lərdə (fahişəxanalarda) satılır. Diyanət bununla bağlı açıqlama vermir.

Gündə 3 milyon gənc ora gedir, həftə sonu 5 milyona çatır bu rəqəm. Onların verdiyi vergidən Diyanətə maaş verilir.

Digər məsələ isə lotoreya oyunlarıdır. Bu qumardır bununla mübarizə aparmalısız", -deyə bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930