Tanınmış vəhhabi Səudiyyə müftisi verilən suallara görə məsciddən qaçdı
Mьəllif: admin1
Tarix: 29-06-2018, 23:08
Bцlmə: Xəbərlər
Tanınmış vəhhabi Səudiyyə müftisi verilən suallara görə məsciddən qaçdı
Məkkə və Mədinə hərəmlərinin işləri idarəsinin sədri tanınmış vəhhabi müftisi Əbdürrəhman Südeys Avropa səfərində ona verilən suallara və edilən etirazlara görə məsciddən qaçdı.

İslaminSesi.info xəbər verir ki, Əbdürrəhman Südeys Cenevrə səfəri çərçivəsində bir məscidə baş çəkib. Lakin onun məscidə yollanması etirazla və kəskin suallarla qarşılanıb.

Suallar əsasən Südeysin Səudiyyənin Amerika ilə ittifaqı haqda, ər-Riyadın xarici siyasəti xüsusilə də Yəmən, Qətər, və Misirdəki işlər haqda olub.

Belə ki, “islam dünyasında təhlükəsizlik” mövzusunda danışan Südeys mühazirəsini bitirən kimi ona suallar ünvanlanıb. Daha sonra isə əlcəzairli fəal Yaxluf Salahaddin ona etirazlarını bildirib.

Əlcəzairli fəal Südeysin Tramp haqda dediyi “Səudiyyə və Tramp dünyanı sülhə aparır” sözünə toxunaraq deyib ki, “Amerika və Səudiyyə necə dünyanı sülhə aparır?! O halda ki Amerika Qüdsü İsrailin paytaxtı elan edir.

Səudiyyə də Yəməndə insanları qırır. Səudiyyə Misirdə və Türkiyədə çevrilişi dəstəkləyir. Sizin möizə etməyə haqqınız yoxdur. Çünki Yəməndə insanların qırılması haqda fətva verirsiz.”

Əlcəzairli fəal Südeysi və onun əmsalında olanları Amerikanın qulu adlandırıb.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930