Səudiyyə baş müftisi: Bəzi dini təşkilatlar İslam dünyasında təfriqə yaradır
Mьəllif: admin1
Tarix: 27-10-2017, 22:04
Bцlmə: Xəbərlər
Səudiyyə baş müftisi: Bəzi dini təşkilatlar İslam dünyasında təfriqə yaradır
Səudiyyə Ərəbistanının Ali Müsəlman Ruhaniləri Şurası bəyan edib ki, ruhani təşkilatları kimi özlərini xarakterizə edən ittifaqlar, əslində, qeyri-obyektiv ideyalara xidmət edirlər və siyasi məqsədlər üçün yaradılıblar.

İslamazeri.com "Alarabiya"-ya istinadla xəbər verir ki, Şuranın açıqlamasına görə, bu təşkilatlar, xüsusilə Beynəlxalq İslam Alimləri İttifaqı məhdud çərçivəyə və qərəzli ideyalara xidmət edir. Bu qurumlar öz təşkilati maraqlarını İslamın və müsəlmanların maraqlarından üstün tuturlar, müsəlman və ərəb ölkələrində təfriqəyə səbəb olurlar.

Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz Al əş-Şeyxin sədrlik etdiyi Şura hər kəsi bu cür təşkilatlardan uzaq durmağa, həmçinin Səudiyyə Ərəbistanı vətəndaşlarını dövlət tərəfindən təsdiqlənməmiş bu cür ittifaq və assosiasiyalara qoşulmamağa çağırıb.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930