Fransadan həyasız bəyanat: “Qurandan yəhudi əleyhinə ayələr çıxarılsın!”
Mьəllif: admin1
Tarix: 7-05-2018, 14:29
Bцlmə: Xəbərlər
Fransadan həyasız bəyanat: “Qurandan yəhudi əleyhinə ayələr çıxarılsın!”
Fransada aralarında eks-prezident Nikola Sarkozi, üç keçmiş baş nazir, yəhudi və xristian camaatının nümayəndələri ilə yazıçıların da olduğu 300 nəfər həyasız bir bəyanatla çıxış ediblər.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, bəyanatda Qurani-Kərimdə şiddət və yəhudi əleyhinə fikirləri yayan və bu səbəblə də bəzi ayələrin çıxarılması istənilib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Fransada nəşr olunan həyasız bəyanata Twitter vasitəsilə belə reaksiya verib: “Aralarında Sarkozinin də olduğu 300 fransız yazıçı və siyasətçi, şiddət və yəhudi düşmənçiliyini yayır iddiasını edərək, Qurandan bəzi ayələrin çıxarılmasını tələb edib. Müasir dövrdə cəhalət və həyasızlıq bu qədər ola bilər”.

Fransa İslam Şurasının sədri (CFCM) Əhməd Oqras bəyanata imza atan şəxslər arasında Fransanın eks-prezidenti Nikola Sarkozi, üç keçmiş nazir və Fransanın yəhudi və xristian təşkilatlarının liderlərinin də olduğuna toxunaraq, bunun çaşqınlıq yaratdığını deyib:

“Avropada inkvizisiya dövründə yəhudi uşaqlarını xilas edən Osmanlı və ya afrikalı müsəlmanlar Qurani-Kərimə əsaslanaraq, bunu etdilər. İndi bizi bu kitabın yəhudilərə qarşı zorakılığın səbəbkarı olduğuna inandırmaqmı istəyirlər?”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930