Yəhudi xaxamın İslam dini ilə bağlı fikirləri dünyanı şoka saldı
Mьəllif: admin1
Tarix: 13-10-2016, 13:47
Bцlmə: Xəbərlər
Yəhudi xaxamın İslam dini ilə bağlı fikirləri dünyanı şoka saldı
Yəhudi xaxam tərəfindən edilən açıqlamalar dünyada əsl şok yaradıb. Belə ki, yəhudi xaxamın İslam haqda işlətdiyi ifadələr, dinin böyüklüyünü və əzəmətini bir daha nümayiş etdirir.

İslamınSesi yəhudi din adamının İslam haqqında söylədiyi fikirləri təqdim edir: “ İslam yer üzərində tək din olacaq. Bu əsl həqiqətdir. İslam gələcəyin dinidir!. 70 il ərzində dünyanın böyük bir hissəsinin müsəlman olacağını düşünürəm”.

Yəhudi xaxam Jevis Rabi bildirib ki, xristianlıq tədricən, ama birdəfəlik yox olacaq: “ O, zamandan indiyə qədər tarixi abidələr istisna olmaqla xristianlıqdan heç bir şey qalmayıb”.

Xaxam yəhudilikdən də heç bir əsər-əlamət qalmadığını vurğulayıb: “ Yəhudiliyin varlığı, sionistliyin kölgəsində qalmasıdır”.

“Beləliklə bir ümid doğdu. Təməl əsasları da məhz bu ümidə bağlı. Məlum olur ki, Quranda öyrədilənlər dünyadakı hər təzyiqin qarşısını almaq iqtidarındadır. Quranı oxuyarkən bunu daha yaxşı anlayırıq”.

Yəhudi xaxam Jevis Rabi qeyd edib ki, Avropada sosial-sənaye inqilabları baş verərkən, İslam çox uzaqda idi. Lakin indi Qərb qədər gücləndi: “ Xristian həftədə bir dəfə kilsəyə gedərək, yaxşı əməl etdiyini düşünür. Müsəlman isə gündə 5 dəfə namaz qılır. Allah qarşısında səcdə edir. Əgər insan namaz qılarkən səcdəyə gedib 5 dəqiqə ərzində Qurani Kərimdən ayələr oxuyarsa, Allahın himayəsinə daxil olar və özüne cənab Haqqa təslim edər. Bunun çox böyük və önəmli mənası vardır”.

“ Avropaya yola düşərkən hava limanında sakit bir küncdə dayanmışdım. Namaz vaxtı idi. Müsəlmanların dayandığım yerə tərəf gəldiklərini gördüm. Mən duamı bitirmişdim. Müsəlmanların yerə qazet vərəqlərini sərərək, namaz qıldıqlarını gördüm. Bu o deməkdir ki, İslam dini hər yerdədir”.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031