İslam nifrəti reklam oldu - Fotolar
Mьəllif: admin1
Tarix: 26-05-2014, 14:16
Bцlmə: Xəbərlər
İslam nifrəti reklam oldu - Fotolar

ABŞ-ın paytaxtı Vaşinqtonda 20 avtobusun üstündə, “İslamda yəhudi düşmənçiliyi” adlı reklam lövhələri yerləşdirilib.
Nardaranpiri.com-un ANS PRESS-ə istinadən məlumatına görə, lövhədə fələstinli məşhur din alimi Muhamməd Əmin əl Hüseyni ilə Hitlerin 1941-ci ildə keçirdiyi görüşün foto şəkli əks olunub. Şəklin yanında, "İslamda yəhudi nifrəti: bu ifadə Qurandadır. Amerikadakı yardımların 3/2-si İslam ölkələrinə gedir. İrqçiliyi dayandırın. Bütün İslam ölkələrinə yardımı dayandırın" – yazılıb.
Lövhələrin avtobuslarda bir ay qalacağı bildirilsə də müsəlman dərnəkləri ilə yanaşı başqa dinin mənsubları da bu reklamlara etirazlarını bildiriblər.

Quranda yəhudi düşmənçiliyi olduğuna inanmadıqlarını deyən bəzi yerlilər bu yazıları ilk gördüklərində şoka düşdüklərini açıqlayıblar.

Reklamların pulunun "Amerikan Azadlıqları Müdafiə Təşəbbüsü" adlı QHT tərəfindən ödənildiyi bildirilib.

Müsəlman təşkilatları isə bu reklamların dərhal dayandırılmasını tələb edir.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930