Səudiyyə rejimi 11 sentyabr hadisəsində cinayətkar kimi ittiham edildi
Mьəllif: admin1
Tarix: 30-03-2018, 09:39
Bцlmə: Xəbərlər
Səudiyyə rejimi 11 sentyabr hadisəsində cinayətkar kimi ittiham edildi
Səudiyyə rejiminin “11 sentyabr hadisəsi” qurbanlarının ailələrinin qaldırdığı iddianın rədd edilməsi istiqamətində cəhdlərinə mane olmaq üçün ABŞ federal hakimi onların vəsatətini rədd edib.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın Manhetten bölgəsinin hakimi Corc Daniels 11 sentyabr hadisəsi ilə bağlı Səudiyyə rejiminin əleyhinə cinayət işinin təqib edilməsi istiqamətində təlimat verib.

ABŞ konqresi 28 sentyabr 2016-cı il tarixində “JASTA” qanununu qəbul edərək, terrorizm qurbanlarının ailələrinin iddialarının rədd edilməsi istiqamətində olan cəhdlərin qarşısına sədd çəkmişdi.

JASTA qanununun qəbul edilməsindən iki gün sonra, Amerikada Səudiyyə rejimi əleyhinə ilk cinayət işi açıldı.

Ancaq Səudiyyə rejimi böyük pullar xərcləyərək və Amerikanın güc lobbiləri ilə əlaqəsini gücləndirərək, bu məhkəmə işlərinə mane olmaq istiqamətində intensiv səylərə başlamışdı, lakin buna müvəffəq olmamışdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930