ABŞ Konqresi Səudiyyə rejimini 11 senytabr hücumlarında təqsirli bilən qanun layihəsini qəbul etdi
Mьəllif: admin1
Tarix: 11-09-2016, 13:13
Bцlmə: Xəbərlər
ABŞ Konqresi Səudiyyə rejimini 11 senytabr hücumlarında təqsirli bilən qanun layihəsini qəbul etdi
ABŞ-da 2001-ci ilin 11 sentyabr hücumlarında həlak olanların ailələrinə Səudiyyə Ərəbistanı əleyhinə iddia qaldırmaq imkanını verən qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı səsvermədə qəbul olunub.
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, bir Demokrat və bir Respublikaçı senator tərəfindən hazırlanan və may ayında yekdilliklə Senatdan keçən layihə, ABŞ Konqresinin Nümayəndələr Məclisində də rahat qəbul olunub.

ABŞ mətbuatında yazılan xəbərlərə görə, Nümayəndələr Palatasında qəbul edilən layihə "11 sentyabr" hücumlarının 15-ci il dönümündən əvvəl təsdiqlənməsi üçün ABŞ prezidenti Barak Obamanın masasına göndəriləcək. Ancaq Ağ Ev-dən dünən verilən açıqlamada, Obamanın layihəni veto edəcəyi bildirilmişdi.

Obamanın Konqresin hər iki qanadından da keçən layihəni veto etməsi üçün 10 gün vaxtı var. Obama 10 gün ərzində veto etməyəcəyi təqdirdə layihə avtomatik olaraq qanuniləşəcək.

Qeyd edək ki, 11 sentyabr hadisələrində iştirak edən 19 terrorçudan 11-nin Səudiyyə vətəndaşı olduğu açıqlanmışdı.

Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930