Heydər Əl-Əbadi: “İraqda ABŞ qüvvələrinin sayı azaldılacaq”
Mьəllif: admin1
Tarix: 18-03-2018, 09:24
Bцlmə: Xəbərlər
Heydər Əl-Əbadi: “İraqda ABŞ qüvvələrinin sayı azaldılacaq”
İraqın baş naziri Heydər Əl-Əbadi ölkədə yerləşmiş ABŞ qüvvələrinin sayının azaldılması ilə bağlı proqram hazırladıqlarını deyib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Heydər Əl-Əbadi ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə telefon danışığında, İraq təhlükəsizlik və hərbi strukturlarının qorunması məqsədilə ölkədə olan ABŞ-ın hərbi müşavirlərinin yalnız texniki və təhsil məqsədilə qalacağını və buna səbəblə hərbçilərin saylarının azalacağını deyib.

İraqın baş naziri Bağdad və Ərbil rəhbərlikləri arasındakı münaqişələrin həlli məsələsində də uzunmüddətli bir proqram hazırladıqlarını deyib: “Bu proqram ilə Kürdüstan xalqı özlərini İraqın bir hissəsi olaraq görəcək”, - deyə o bildirib.

Əl-Əbadi İraqın Kürd Regional Rəhbərliyinin məmurlarının da maaşlarının ödənməsi məsələsində səylərinin davam etdiyini qeyd edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930