Bağdad Ərbilə 3 gün möhlət verdi
Mьəllif: admin1
Tarix: 27-09-2017, 21:19
Bцlmə: Xəbərlər
Bağdad Ərbilə 3 gün möhlət verdi
İraqın baş naziri Heydər Əl-Əbadi sərhəd məntəqlərinin 3 gün ərzində Bağdada təhvil verilməyəcəyi təqdirdə İraqın Kürd Regional Rəhbərliyinin (İKRR) bütün istiqamətli beynəlxalq hava uçuşlarını dayandıracaqlarını bildirib.

Deyerler.org xəbər verir ki, Heydər Əl-Əbadi keçirdiyi mətbuat konfransında belə danışıb: “Referendumun bütün İraq və İKRR-ə mənfi təsirləri olacaq. Bu tək tərəfli bir addım idi, tərəfdaşlıq anlayışı və beynəlxalq iradə nəzərə alınmadı. İraq öz birliyi və suverenliyi məsələsində heç vaxt güzəştə getməyəcək. Referendumun yekunu ilə bağlı danışıqlar aparmayacağıq”.

Bəzi kürd rəsmilərinin İraq vətəndaşları arasında nifrət hissləri yaydığını qeyd edən Əl-Əbadi, belə danışıb: “Xüsusilə kürd vətəndaşlarımız olmaqla heç bir vətəndaşımızın şərəfinə toxunmuruq”.

Mərkəzi hakimiyyətin səlahiyyətlərinin ölkənin hər yerində tətbiq olunacağını deyən Əl-Əbadi, federal büdcənin konstitusiyaya görə mərkəzi hakimiyyətə qayıtmalı olduğunu bildirib.

İraqın baş naziri, həmçinin bütün quru və hava sərhəd məntəqələrinin mərkəzi hakimiyyətin nəzarətinə keçməsi ilə bağlı qərar verdiklərini söyləyib: “İKRR rəsmiləri yerli, regional və beynəlxalq qurumların referendumun konstitusiyaya uyğun olmaması istiqamətində çağırışlarına qulaq asmadı. İKRR-dəki sərhəd məntəqələri İraqın Sərhəd Nəzarət İdarəsinin nəzarətinə tabedir. Sərhəd idarələrinin 3 gün ərzində Bağdada verilməməsi halında İKRR-dən və İKRR-ə olan bütün beynəlxalq hava uçuşlarını dayandıracağıq. Bu qərarı Nazirlər Kabinetində qəbul etdik. İKRR-nin sərvəti nəzarətdən kənar idarə olunur və gəlirləri xaricdəki şəxsi hesablara gedir”.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031