Vicdanını işğala əzdirməyən insan - Reyçel Korri
Mьəllif: admin1
Tarix: 16-03-2018, 21:57
Bцlmə: Xəbərlər
Vicdanını işğala əzdirməyən insan - Reyçel Korri
16 mart 2003-cü il... Sionist İsrail rejiminin ordusuna aid buldozer, Qəzzada bir həkimin evini və ailəsini dağıtmaq üçün gəlmişdir. Sionist əsgərlərin evə gəlmək ərəfəsində amerikalı gənc bir qız qarşılarında durur və bədənini sipər edir. Vicdanını işğala əzdirmir...

Olmağımız lazım olan yerdə olan, ölməyimiz lazım olan yerdə ölən qızılı saçlı bir qız. Həmin gün tarix bir adı daha əbədiləşdirdi - Reyçel Korri.

O, Beynəlxalq Həmrəylik Hərəkatının (İnternational Solidarity Movement - İSM) könüllüsü olan amerikalı bir sülhməramlı fəal idi.

Qəzzanın cənubunda Rifah məntəqəsində İsrail rejiminin əsgərlərinə bağlı zirehli bir buldozer tərəfindən qətlə yetirildi. Sonuncu kursda oxuyan vaxt təyinatı üzrə Rifah-Olimpia qardaş şəhərlər layihəsi çərçivəsində Qəzzaya gedəndə 2-ci İntifada davam edirdi.

Qəzzada İsrail rejiminin ordusunun fələstinlilərin evlərinin dağıdılmasına dinc yolla mane olmağa çalışan İSM fəalları ilə tanış olmuşdu.

Qəzzaya gəlməsinin hələ iki ayı tamam olmamışdı və 16 mart 2003-cü ildə İsrail rejiminin 2 buldozerinə qarşı 8 İSM fəalının 3 saatlıq müqavimətindən sonra vəhşicəsinə qətlə yetirildi.

Ölümü ərəfəsində üzərində parlaq, fosforlu, narıncı bir jileti var idi və meqafon istifadə edirdi. Öldürülən vaxt Fələstində tanış olduğu dostu əczaçı Samir Nəsrullahın ailəsinin evini dağıtmağa çalışan İsrail rejiminin buldozerinin qarşısında dayanmışdı.

Buldozer tərəfindən iki dəfə əzilməsi nəticəsində kəllə sümüyü sınmış, qabırğaları parçalanmış və ağciyərləri deşilmişdi.

Korrini öldürən sionist buldozer operatoru İsrail rejiminin ordusunda bir əsgər idi və qərəzli bir şəkildə Korrini dünyanın gözləri qarşısında əzdi.

Qan axıdılaraq, qurulan sionist İsrail rejimi isə hadisənin qəza nəticəsində baş verdiyini və operatorun Korrini görmədiyini iddia edərək, dünya ictimaiyyətini aldatmışdı.

2005-ci ildə Korrinin ailəsi İsrail rejiminə qarşı iddia qaldırdı. Məhkəmə hərtərəfli və etibarlı bir istintaq aparmamaqla, Korrinin ölümünə görə məsuliyyət daşıdığını qeyd edərək, Korrinin qərəzli şəkildə və sionist əsgərlərin biveclik və səhlənkarlıq etməsi nəticəsində öldürüldüyünü bildirib.

Korrinin ailəsi 1 dollarlıq rəmzi bir təzminat tələb edərək, təkcə Korri və onun müdafiə etdiyi Fələstin məsələsi üçün ədalət istədiklərini göstərmək istədilər.

2012-ci ilin avqust ayında bir İsrail rejiminin məhkəməsi iddianı rədd etdi və İsrail rejiminin 2003-cü ildəki hərbi istintaqını məqbul hesab edərək, İsrail rejiminin Korrinin ölümünə görə məsuliyyət daşımadığı barədə qərar verdi.

Dünya yenə səssiz bir şəkildə bütün bu baş verənləri izlədi. Bu qərar İsrail rejiminin məhkəmə sisteminin və istintaqın legitimliyini bir daha ortaya qoymuş olurdu.

Reyçel Korrinin xatirəsinə “My name is Rachel Corrie (Mən addım Reyçel Korridir) adlı teatr və “The Skies are Weeping (Səma ağlayır) adlı kantata tərtib edilib.

2008-ci ildə Korrinin yazıları toplanaraq “Let me stend alone” (Qoyun tək başıma müqavimət göstərim) başlığı altında dərc olunub və kitabın girişində belə qeyd olunub: “Dünyanı daha yaxşı bir yerə gətirməyin yollarını axtaran gənc bir qadının təkmilləşməsinin pəncərəsindən”.




Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930