Əyyami Fatimə gecəsində İmam Rzanın (ə) hərəmində hindistanlı qadın müsəlman oldu
Mьəllif: admin1
Tarix: 21-02-2018, 21:17
Bцlmə: Xəbərlər
Əyyami Fatimə gecəsində İmam Rzanın (ə) hərəmində hindistanlı qadın müsəlman oldu
Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadətinin ildönümü gecəsində hindistanlı bir qadın İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul edib.

Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsinin müdiri Həsən Qulampur, Həzrət Fatimənin (s.ə) şəhadətinin ildönümündə bu müqəddəs məkanda İslam dinini qəbul etmək şərəfinə layiq olmağın, şübhəsiz, Əhli Beytin (ə) böyük lütf və mərhəmətindən qaynaqlandığını deyib.

İslam hər kəsin ehtiyacı olduğu bir dindir və bu dini hələ də tapa bilməyən bir çox insan var ki, onun axtarışındadır. İslam təlimlərində yeni müsəlman olan bir insan günahlar və çirkinliklərdən uzaq olan yeni doğulmuş bir insan kimidir və siz indi yeni doğulmuş bir körpə kimi, Allahın xüsusi mərhəmətinə layiq görülmüsünüz”.

İslam və İran incəsənətini əlyazma əsərlər və Şahnamə araşdırmaları üzrə doktoranturada oxuyan hindistanlı xanım belə dedi: “Hər cür təəssübdən uzaq olaraq, illərdir apardığım araşdırmadan sonra, İslam dinini bütün dinlər arasında ən nəcib və ən üstün din kimi tanıdım.

Bizim müəllimlərin bir çoxu onu vurğulayır ki, İslam zorakılıq və terror dini deyil. İslam dini bütün dünyaya nüfuz edən bir dindir. Bu din öz inancları və dəyərlərini digər xalqlar arasında yayaraq, bir neçə əsr ərzində dünyanın böyük bir hissəsində misilsiz və möhtəşəm bir mədəniyyət yaratmağa nail olmuşdur”.

Qərblilərin müsəlmanlara qarşı PR kampaniyalarına toxunan hindistanlı qadın, sözlərini belə davam etdirib: “Təəssüf ki, bir çox Avropa ölkəsində qadınların geyiminə və hicabına qarşı çox sərt mövqelər müşahidə olunur və müsəlmanlar ciddi təzyiq altındadırlar. Ancaq mən bütün bu təzyiqlərə baxmayaraq, müstəqil bir şəkildə, hicabı seçdim, çünki Allaha inanıram”.

Hindistanlı qadın açıqlamasının davamında İmam Rza (ə) haqqında az məlumata malik olduğunu deyib. O, İmam (ə) haqqında araşdırma apararaq, daha çox məlumat almaq istədiyini bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930