Belaruslu xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 18-04-2017, 21:58
Bцlmə: Xəbərlər
Belaruslu xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Belaruslu xanım İmam Rzanın (ə) hərəmində kəlmeyi-şəhadət gətirərək, İslam dinini qəbul edib.

Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, Belarusiyada xarici dillər fakültəsindən məzun olan xanım, ikinci dəfə ziyarət etdiyi İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul edib.

İslam dinini yeni qəbul etmiş belaruslu xanım özünə Hədis adını seçib: "İlk dəfə İrana gələndə İran xalqı və burada İslam mühiti ilə tanış olmağım, İslam dini ilə bağlı daha çox araşdırma aparmağıma səbəb oldu və bu məsələdə daha çox məlumat əldə etdim. Mən ərəb dilini öyrəndim və sonra Qurani-Kərimi oxudum. Bundan sonra bu səmavi dinə qarşı marağım daha da artdı və sonra İrana səfərimdə bu müqəddəs məkanda İslam dinini qəbul etməyə qərar verdim. Mən İslam dininin sülh və dostluq dini olduğunu gördüm və bu dini həmişəlik qəbul etməyə qərar verdim. Allah-Təalanın bu böyük neməti mənə bəxş etdiyi üçün çox xoşbəxtəm və bu müqəddəs məkanda olmaq və burada müxtəlif xidmətlərdən faydalanmaq, mənim üçün unudulmaz anlar yaşanmasına vəsilə olur.

Qurani-Kərimin surələri və tərcüməsinə toxunan belaruslu xanım, açıqlamasının davamında belə deyib: "Həmd surəsini çox sevirəm, çünki bu surəni oxuyanda, özümü daha yaxşı başa düşməyə və tanımağa başladım. Müsəlman olmanın yolun başlanğıcı olduğunu dərk edərək, bu yolu davam etdirmək üçün daha çox səy göstərməyi başa düşdüm".

Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930