İmam Həsən (ə)-ın həyatı və fəaliyyəti (2)
Mьəllif: admin1
Tarix: 13-07-2014, 18:27
Bцlmə: Xəbərlər
 İmam Həsən (ə)-ın həyatı və fəaliyyəti (2)

"O, İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi."...
Cəməl döyüşündə

Həsən Cəməl döyüşündə atası Əli ilə bərabər cəbhənin ön xəttində vuruşur və düşmən ordusuna güclü hücumlar edirdi. Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əlinin bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.[4] Həsən Kufəyə gələndə, hələ Əbu Musa Əşəri Kufənin Osman tərəfindən təyin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əşəri bu vəzifəsindən istifadə edərək Əlinin hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq Həsən Kufədən 9000 nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.

Siffeyn döyüşündə

Həsən Siffeyn döyüşündə də ordunu səfərbər edib Əlinin başçılığı altına gətirməkdə böyük rolu olmuşdur. O, öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əlinin ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı vuruşmağa dəvət edirdi. [6] Həsən haqq yolunda fədailiyi o dərəcədə idi ki Əli Siffeyn döyüşündə öz səhabələrinə deyirdi ki, Həsən və qardaşı Hüseynin mübarizə etməkdən qarşısını alın məbada onların ölümü ilə Peyğəmbərin (s) nəsli kəsilə.

Sülh müqaviləsi
Nəhcül-bəlağədə qeyd olunur ki, Əli ibn Əbu Talib ibn ibn Mülcəmin qılınc zərbəsindən sonra öz oğlu Həsənə Müaviyə barəsində bu cür tövsiyə edir:
"Bil ki, Muaviyə mənə müxalif olduğu kimi sənin də əleyhinə çıxacaqdır. Beləliklə, əgər onunla sülhə və barışığa gəlsən, Bəni Zömrə və Bəni Əşcə qəbilələri ilə sülh bağlayan cəddin Peyğəmbərin (s) yolunu getmiş olarsan. Düşməninlə müharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heç vaxt sənin tərəfdarlarında olmayacaq.[8]
Həsənin həyatının ən əsas və ən mühüm hissəsi onun Müaviyə ilə sülh bağlaması və Həsənın məcburi şəkildə xilafətdən, eləcə də İslam hökumətindən kənarlaşdırılmasıdır. Həsənın həyatının bu hissəsi barədə çoxlu söhbətlər olmuş və hətta bu hissə diqqətsiz dostların və qərəzçi düşmənlərin səhvə yol verməsinə səbəb olmuşdur. Məsələn, İmam Sadiqdən belə bir hədis nəql olunur: "Həsən ibn Əli (ə) özünə qarşı sui-qəsddən sonra o Həzrətin (ə) ardıcılları onunla mübahisəyə qalxanda xilafət işini Müaviyəyə təhvil verdi. Bu vaxt onun şiələri Həzrətə(ə) belə salam verdilər: Salam olsun sənə, ey möminləri xar edən. Həzrət (ə) buyurdu: Mən möminləri xar edən deyiləm, əslində möminlərə izzət bəxş edənəm. Sizin düşmən muqabilində qüdrətiniz olmadığını görəndə işi ona təhvil verdim ki, mən və siz onların arasında olaq. Belə ki, o müdrik (Xızır peyğəmbər (ə)) gəminin öz sahiblərinə qalmasından ötrü onu deşdiyi kimi[9], onların arasında qalmağımız üçün mənim və sizin əhvalatınız də buna bənzər."
Həsən yuxarıda qeyd etdiyimiz səbəblərə görə Müaviyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Müaviyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmamın ixtiyarında qoymuşdu. Hətta Müaviyə İmam üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki, İmam ona nə yazsa, Müaviyə qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu. Həsən bu fürsətdən necə lazım idisə istifadə edərək, ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Müaviyənin dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsinin mətni tam, mükəmməl və tərtiblə deyil, pərakəndə şəkildə verilmişdir. Hər tarixçi onun bəzi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda, təxminən kamil şəkildə bir müqavilə düzəltmək olar. Kiçik bir baxışda Həsənin sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və təkidə nəzər salmaqla Həsənin siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəladə tədbirini müşahidə etmək olar.
Müaviyə ilə bağlanmış sülh müqaviləsinin mətni 5 maddədə cəmlənmişdi:
Birinci maddə: Həsən ibn Əli hökuməti Müaviyəyə o şərtlə təhvil verir ki, Müaviyə hökuməti Quran qayda-qanunu və Peyğəmbərin (s) sünnəsi əsasında idarə etməlidir.
İkinci maddə: Müaviyədən sonra hökumət Həsən ibn Əlinin ixtiyarına keçməlidir. Əgər onun (Həsənin ) başına bir iş gələrsə, Hüseyn ibn Əli hökumət başına gələcək. Həmçinin, Müaviyənin özündən sonra canişin təyin etməyə haqqı yoxdur.
Üçüncü maddə: Əmirəlmöminin Əliyə namaz qılarkən hörmətsizlik edib onu söyməyin,lənətlənməyin qarşısı alınsın və o Həzrət yaxşılıqla yad edilsin.
Dördüncü maddə: Kufə beytül-malında olan beş milyon dirhəm pul Müaviyənin hökumətinə verilməkdən istisna olunur və həmin pulu Həsənin özü lazımi yerlərə sərf edəcək. Həmçinin, Müaviyə beytül-maldan ayrılan payda Bəni Haşimi Bəni Üməyyədən üstün tutmalıdır. Eləcə də Müaviyə Darabegərd şəhərinin xəracının bir milyon dirhəmini Əlinin rəhbərliyi altında Cəməl və Siffeyn döyüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir.
Beşinci maddə: Müaviyə bütün əhaliyə, istər Şam, istər İraq, istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha təqib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Onları Müaviyənin hökumətinə qarşı keçmişdəki fəaliyyətlərinə görə axtarışa məruz qoymamalı, xüsusilə keçmiş kin-kudurətə görə İraq əhalisinə əziyyət verilməməlidir. Bundan əlavə, Müaviyə Əlinin dostlarını harda olursa olsunlar amanda saxlamalı və onların heç birinə əziyyət etməməlidir. Əlinin şiələrinin canı, malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa məruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əlinin şiələrindəki beytül-mal onların özlərində qalmalıdır.
Həmçinin, Həsən ibn Əli və qardaşı Hüseyn ibn Əli, eləcə də, Peyğəmbərin (s) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.
Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam əyan-əşrafı buna şəhadət verdilər.
Beləliklə də, Həsən hələ uşaq olarkən Peyğəmbərin (s) gələcəkdən verdiyi xəbər həyata keçdi. Peyğəmbər (s) bir gün Həsəni (uşaq olarkən) minbərin başına çıxmış görüb buyurdu: "Mənim bu övladım müsəlmanların ağasıdır. Allah onun vasitəsilə iki müsəlman dəstə arasında sülh yaradacaq."

Həsənin Müaviyə ilə sülh etməkdə məqsədi

Dünyanın böyük şəxsiyyətləri, ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki, ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür.
Bu məsələyə əsaslanaraq Həsən da çalışırdı ki, öz yüksək məqsədlərini mümkün qədər təmin etsin. Buna görə də, Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, hökuməti Müaviyəyə bu şərtlə təhvil verdi ki, Müaviyə hökuməti Quran qayda-qanunları və Peyğəmbərin (s) sünnəsi əsasında idarə etsin. Məlumdur ki, İmamın məqsədi qüdrəti ələ almaq və İslam hökuməti təşkil verməklə yanaşı həm də cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsaydı, yenə İmamın məqsədi az da olsa təmin olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra Həsən İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş Həsəndən böyük olduğunu, o dövrdə artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu məlum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əlinin rəsmi şəkildə heç bir qorxu olmadan lənətləndiyi, bu işin bir bidət kimi camaat arasında yayıldığı və Əlinin şiə və dostlarının, eləcə də Peyğəmbərin (s) ailəsinin (qohum-əqrəbasının) hər yerdə təqib olunduğu və tutularaq cürbəcür təzyiqlərə məruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi vədini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil.

Kufədə toplanış

Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər (Həsən ilə Müaviyə) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki, indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.
Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tənə və təhqirlə dedi: "Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm."
Daha sonra dedi: "Bunu bilin ki, Həsən ibn Əli ilə bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur."
Beləliklə də, Müaviyə Həsən ilə bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu. Müaviyənin cinayətləri Müaviyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə əksinə, cinayətlərini daha da artırdı. O, Əliyə (ə) əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı, Əlinin (ə) vəfalı, böyük dost və şiələrinə həddən artıq darısqallaşdıraraq Hicr ibn Ədiyy kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Əlinin (ə) şiələrinə yönələn qətl, işkəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Belə ki, Əlinin əksər dostları ya tutulub həbs edilir, ya dərbədər düşür, ya da öz ev-eşiklərindən uzaq düşüb sıxıntılı mühitdə yaşayırdılar. Müaviyə təkcə Əli və şiələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi.
Təbəri bu barədə yazır: "Bəsrə əhalisi Darabegərdin xəracını verməyib dedi ki, bu mal bizim beytül-malın olub və bizə məxsusdur. "İbn Əsir yazır: "Bəsrə əhalisi Darabegərd məntəqəsinin xəracını verməkdən boyun qaçırtdı. Onlar bu işi Müaviyənin göstərişi ilə etdilər."

Xalqın oyanıb xəbərdar olması

Bir çox ardıcıl döyüşlər nəticəsində artıq vuruşmaqdan yorulub öz tayfa başçılarının sözü, Müaviyənin təbliğatçılarının hiyləgər tabliğatı və yağlı vədələri ilə sülh etməyə razılaşan camaat nə vaxtsa oyanmalı idi. Onlar döyüşə qarşı yorğunluq göstərməklə, Müaviyənin yalan və yağlı vədələrinə inanmaqla və kor-koranə öz tayfa başçılarının sözü ilə sülhü qəbul etməklə necə böyük səhvə yol verdiklərini anlamalı idilər. Bu isə təkcə bir yolla – öz gördükləri işin acınacaqlı nəticələrini görməklə mümkün idi. Bundan əlavə, müsəlmanlar Əməvi hökumətinin əsl və həqiqi sifətini görməli, onların cəmiyyətdə yaratdıqları çətinlikləri,məhrumiyyətləri, ardıcıl axtarışları və zülmləri öz gözləri ilə görməli idilər. İmam Həsənin (ə) və onun ən yaxın dostlarının o həssas dövrdə həyata keçirmək istədiyi məsələ o idi ki, bu hadisələri olduğu kimi camaata göstərsinlər, camaatın ağıl və düşüncəsi nəticəsində onları Əməvi hökumətinin bu cür acınacaqlı işlərinin əleyhinə qiyama hazırlasınlar. Deməli, İmam Həsən (ə) sülh edibsə, bu ağır yükü boynundan atmaqdan ötəri sülh etməyib, əksinə ona görə sülh edib ki, mübarizəni başqa sahədə aparsın. Elə sülhdən sonra baş vermiş hadisələr də bu məsələyə kömək etdi və İraq əhalisini qəflət yuxusundan oyatdı. Təbəri yazır: "Müaviyə (sülh müqaviləsi bağlanandan sonra Kufə yaxınlığındakı) Nüxeylə adlı bir yerdə düşərgə saldı. Bu zaman xəvaricin bir dəstəsi Müaviyənin əleyhinə qiyam edib Kufə şəhərinə daxil oldu. Müaviyə Şam əhalisindən bir dəstəsini onlara qarşı vuruşmağa göndərdi, lakin xəvaric onları məğlubiyyətə uğratdı. Bundan sonra Müaviyə Kufə ordusuna xəbər göndərdi ki, xəvarici məhv etsinlər, əks təqdirdə Kufə əhalisi amanda olmayacaq."[13]
Beləliklə, Əlinin və Həsənin ordusunda vuruşmağa razı olmayan İraq əhalisi onların və xəvaricin müştərək düşməni olan Müaviyə tərəfindən xəvariclə vuruşmağa məcbur oldular. Bu da onu göstərir ki, camaat Müaviyənin hökumətində arzuladığı sülh və asayişə heç vaxt çatmamışlar.

Qorxu içində saxlamaq və aclıq siyasəti

Bundan əlavə, Müaviyə camaata qarşı insaniyyətdən uzaq olan bir siyasət də yeridirdi. Bu siyasəti qorxu içində saxlamaq və aclıq siyasətindən başqa bir şey adlandırmaq olmaz. O, bu yolla İraq əhalisini həyat səhnəsindən götürürdü. Müaviyə bir tərəfdən İraq əhalisini hər cür çətinliklər qarşısında qoyur, digər tərəfdən də onları öz hüquqlarından məhrum edirdi.
Sünni məzhəbinin görkəmli alimi ibn Əbil Hədid yazır: "Harada şiə var idisə, qətlə yetirilirdi. Bəni–Üməyyə tərəfindən şiə olduğunu ehtimal verən şəxslərin əl-ayaqları kəsilirdi. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinə məhəbbəti olanların hamısı ya həbs edilir, ya mal-dövlətləri müsadirə olunur, ya da evi viran edilirdi. Şiələrə qarşı təzyiqlər o qədər artmışdı ki, Əlini (ə) sevmək nisbəti küfr nisbətindən pis sayılırdı və onun ardınca acınacaqlı əzablar gözlənilirdi. Kin-küdurət doğuran bu siyasətin icrasında Kufə şəhərinin vəziyyəti hər yerdən pis idi. Çünki Kufə Əlinin (ə) şiələrinin mərkəzi hesab olunurdu. Müaviyə Ziyad ibn Süməyyəni Kufənin valisi təyin etdi, sonradan Bəsrənin də hökumətini ona tapşırdı. Bir vaxtlar Əlinin (ə) şiələrindən olan Ziyad onları çox yaxşı tanıyırdı. O, şiələri harada gizlənmişdilərsə, tapıb öldürdüyünü öldürdü, bəzilərini hədələyərək əl-ayaqlarını kəsdi, gözlərini çıxartdı, xurma ağaclarının budaqlarından asdırdı və onları İraqdan didərgin saldı. Belə ki, daha şiənin tanınmış şəxsiyyətlərindən heç biri İraqda qalmadı."

Kufə və Bəsrədə təzyiqlərin artması


Yuxarıda qeyd etdik ki, İraq əhalisi, xüsusən də kufəlilər hamıdan çox təzyiqlərə məruz qalırdılar. İş o yerə çatmışdı ki, onlar öz etibarlı, inamlı dostlarının evinə get-gəl edib bir gizli söhbət etmək istədikdə, ev sahibinin xidmətçisindən qorxduqları üçün ondan xəbərçilik etməyəcəyi barədə and almayınca sözə başlamazdılar. Müaviyə ölkənin bütün valilərinə məktub yazıb onlara tapşırdı ki, şiə və Əli (ə) övladlarının şəhadətini də qəbul etməsinlər. O, məktubların birində belə yazır: "Əgər iki nəfər bir nəfərin şiə olduğuna şəhadət verərsə, dərhal onun adını beytül-maldan silin və onu hüququndan məhrum edin." Növbə ilə altı ay Kufədə, altı ay Bəsrədə vali olan Ziyad Bəsrədə olmadığı dövrdə öz işlərini Səmürə ibn Cündəbə tapşırırdı. Səmürə bu müddətdə (altı ayda) səkkiz min nəfəri qətlə yetirdi. Ziyad ona dedi: Qorxmursan ki, onların arasında biri günahsız olar? Səmürə dedi: "Onların iki bərabərini öldürsəm də, yenə qorxmaram."
Əbu Səvar Ədəvi deyir: "Səmürə bir gün hamısı Quranı əzbərdən bilən qırx yeddi qohumumu öldürdü."

Sülh – Aşura hərəkatı üçün zəminə

Bu qorxulu hadisələr İraq əhalisini möhkəm oyatdı və əhali Əməvi hakimiyyətinin əsl mahiyyətini az da olsa, tanıdı. Onlar artıq sakit oturmaqdan, süst qalmaqdan bezmişdilər. Tayfa başçılarının Həsənin sülhündən istifadə edib Müaviyənin "səxavətindən" bəhrələndiyi bir vaxtda İraqın adi əhalisi öz ayaqları ilə tərəfinə getmiş və öz əlləri ilə ona beyət etmiş Müaviyənin zalım hökumətinin əsl mahiyyətini yavaş-yavaş tanımağa başlayırdı.
Müaviyə Müğeyrə ibn Şübəni Kufəyə, Abdullah ibn Amiri isə Bəsrəyə başçı təyin etdi. Osmanın ölümündən sonra Bəsrədən çıxıb getmiş Abdullah yenidən oraya qayıtdı. Müaviyənin özü isə Şama gedib Dəməşqdə ölkə işlərinin tədbirinə başladı. İraq camaatı hər dəfə Əlinin (ə) dövründəki yaşayışlarını yada saldıqda, qəmgin olur və Əlini (ə) himayə etmədiklərinə görə peşmançılıq çəkirdilər. Eləcə də, Şam əhalisi ilə bağladıqları sülhə görə peşman olmuşdular. Onlar bir-biri ilə rastlaşanda, bir-birini danlayır, bir-birindən soruşurdular ki, görəsən, nə olacaq, nə etməliyik? Sülhdən bir neçə il keçməmişdi ki, Kufə şəhərinin nümayəndələri İmam Həsəni (ə) görüb onunla söhbət etmək və onun sözlərinə qulaq asmaq üçün Kufədən Mədinəyə get-gəl etməyə başladılar. Bu əsasa görə İmam Həsənin (ə) sülh dövrü gələcək günə qədər camaatın azğın Əməvi hökumətinə qarşı hazırlıq və döyüş üçün məşq etmək dövrü hesab olur. Elə bir gün ki, İslam cəmiyyəti artıq həmin gün mübarizə etmək üçün hazır olacaqdı.

Qiyam etmək üçün hazırlığı bildirmək

Həsən (ə) sülh edəndə, hələ camaatın düşüncə tərzi o dərəcəyə çatmamışdı ki, İmamın (ə) məqsədini təmin etsin. O zaman İslam cəmiyyəti arzu və istək zəncirlərinin əsiri idi. Bu həmin arzu və istək idi ki, camaatda məğlubiyyət ruhiyyəsi yaratmışdı. Buna görə də, İmam Həsənin (ə) qarşısında duran məqsəd camaatın fikrini Əməvi hökumətinə qarşı qiyama yönəltmək, camaata Əməvi hökumətinin həqiqi mahiyyətini başa düşüb fikirləşmək üçün fürsət verməkdən ibarət idi. Xüsusilə qeyd etmək lazımdır ki, İmam Həsənin (ə) Əməvi hökumətinin cinayət və zülmlərinə, onların Quran və İslam qayda-qanunlarını kəskin surətdə pozmasına işarə etməsi, camaatın fikrini tamamilə oyadırdı. Yavaş-yavaş bu oyanış artdı və İraqın böyük şəxsiyyətləri İmam Hüseynin (ə) yanına gəlib ondan qiyam etməsini istədilər.

Geniş meydanlarda cihad

İmam Həsən (ə) islah yolunda ən böyük addımı atdı. Fitnə-fəsad və silahın hakim olduğu bir dövrdə əxlaq, məhəbbət və islah məktəbinin qapılarını açaraq məqsədi islahdan başqa heç nə olmayan bir şəxs kimi öz adını Allah rizası ilə əvəz etdi. O, ilk mərhələdə sülhə əl atmadı, əksinə, işin axırında və bütün mübarizə meydanlarında məğlub olduqdan sonra sülhü qəbul etdi. Onun mübarizəsi müxtəlif cəhətləri olan geniş meydanlarda oldu. Düşmənlə mübarizə zamanı həm ordunu, həm səngəri, həm də hiylə və kələklərlə üzləşməyi imtahana çəkdi. Münafiq səhabələrinə qarşı islah
qüvvəsindən, nəfslə mübarizədə isə, qəzəbini boğub məcbur edilmiş sülhü qəbul etməkdən istifadə etdi.

Vəfatı

İmam Həsən 669-cu ildə xəlifə Muaviyyə ibn Əbu Süfyanın təşkilatçılığı ilə İmamın öz həyat yoldaşı Cövdə binti Əşəs in Qeys tərəfindən zəhərlətdirildi və nəticədə o vəfat etdi. Vəfatından sonra qardaşı İmam Hüseyn onu öz vəsiyyətinə əsasən babası İslam peyğəmbəri Məhəmməd ibn Abdullahın yanında dəfn etmək istəsə də, Peyğəmbərin həyat yoldaşlarından Aişə binti Əbu Bəkir buna imakn vermədi.Və nəticədə İmam Hüseyn İmam Həsəni Bəqi məzarlığında dəfn etməy məcburiyyətində qaldı.

Mənbə

Məhdi Pişvayi. "Məsum imamların həyatı".
İstinadlar[redaktə]

↑ Süyuti. Tarixül-xüləfa, səh.189.
↑ Tarixül xüləfa. səh. 190; Tarixi-Yəqubi, c. 2, səh. 215; Təzkirətül-xəvas səh.196.
↑ Tərcüməsi: Həmd olsun Allaha ki, səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı.
↑ Tarixi--Yəqubi, c.2 səh.170; Əl-İmamətu vəs-siyasət, c.1 səh.67.
↑ Əl-Əxbarut-təval, səh.144-145.
↑ Vəq'ətu Siffeyn, səh.113.
↑ İbn Əbil Hədid. Nəhcül-bəlağənin şərhi. c.11 səh.25 (Xütbə 200).
↑ Nəhcül-Suadə, c.2, səh. 742
↑ Kəhf surəsi, 79-cu ayədə qeyd olunur: Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.
↑ Biharul-Ənvar, c.78, səh. 278, hədis 2.
↑ Tarixül-üməmi vəl-mülük, c.6 səh.95.
↑ Əl-Kamilu fit-tarix, c.3 səh.405.
↑ Tarixül-üməmi vəl-mülük, c.6 səh.95.
↑ "Maqətalut Talibin", c. 1, səh. 20
↑ Məsudi, "Murucuz Zəhəb", c. 1, səh. 346
↑ Zəməxşəri, "Rəbiul Əbrar", c. 1, səh. 438
↑ əl Məziy, "Təhzibul Kəmal", c. 6, səh. 252
↑ Zəhəbi, "Siyər", c. 3, səh. 274
↑ İbn Əsakir, "Tarixul Mədinətul Diməşq", c. 13, səh. 283-284
↑ İbn Kəsir, "əl Bidayə vən Nihayə", c. 8, səh. 47
↑ İbn Əbil Hədid, "Şərhi Nəhcül Bəlağə", c. 16, səh. 11
↑ İbn Abdulbar, "əl İstiab", c. 1, səh. 389

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930