Husilər: Bizə müharibə elan edən hər kəsi vuracağıq! Sözümüzü ciddiyə alın!
Mьəllif: admin1
Tarix: 11-11-2017, 21:41
Bцlmə: Xəbərlər
Husilər: Bizə müharibə elan edən hər kəsi vuracağıq! Sözümüzü ciddiyə alın!
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, yəmənli Husilər hesab edirlər ki, gələcəkdə öz zərbələrinin mümkün hədəfləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasına üzv ölkələrin paytaxtları ola bilər. Bu haqda hərəkatın siyasi bürosunun üzvü Dəyfəllah əş-Şami açıqlama verib.

“Yəmən xalqını nə qədər çox boğsalar, bu təcavüzlə əməkdaşlıq edən hər kəsə zərbə endirməyə qanuni haqqımız yaranır. Bu təcavüzə dəstək verən koalisiyanın bütün ölkələrin paytaxtları, özünümüdafiə nöqteyi-nəzərindən qanuni hədəflər olacaq.”, - deyə əş-Şami bildirib.

O, bu cür hədəflər arasında BƏƏ-in paytaxtı və iqtisadi mərkəzlərini - Əbu Dabi və Dubay şəhərlərinin adlarını qeyd edib. O bəyan edib ki, ərəb koalisiyasına üzv ölkələr Husilərin xəbərdarlıqlarına tam ciddiliklə yanaşmalıdırlar.

Xatırladaq ki, Səud koalisiyası 2015-ci ildən etibarən Yəmən xalqına qarşı müharibə aparır. Koalisiya ölkə infrastrukturunu, o cümlədən məktəbləri, xəstəxanaları, ərzaq və su anbarlarını məhv edir. İndiyədək minlərlə günahsız yəmənli qətlə yetirilib və yaralanıb. Sözügedən ittifaq ölkədə ağır humanitar vəziyyətə səbəb olub.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930