Azərbaycanlı ateist Kərbəla ziyarətinə yollandı
Mьəllif: admin1
Tarix: 26-10-2017, 15:37
Bцlmə: Xəbərlər
Azərbaycanlı ateist Kərbəla ziyarətinə yollandı
Artıq Məhərrəm ayı geridə qaldı və Səfər ayının ilk günlərini yaşayırıq.

İslamazeri.com xəbər verir ki, İmam Hüseynin (ə) 40-ı ilə əlaqədar insanlar dünyanın hər bir yerindən Kərbəla ziyarətinə üz tuturlar.

Mediada əsasən, qeyri-müsəlman xarici ölkə vətəndaşlarının İmam Hüseynin (ə) məzarını ziyarət etməsi yer alır. Bu dəfə isə Azərbaycandan olan bir nəfər ateist Kərbəla ziyarətinə səfər edir. Belə ki, dinsiz kimi tanınan paytaxt sakini Ziya Balıyev inanclı zəvvarlarla birgə "Ərbəin" günü ilə əlaqədar İraqa yola düşüb. Onun bu addımı əqidədaşları və bəzi insanlar tərəfindən təəccüblə qarşılanıb.

Xatırladaq ki, o, bu yaxınlarda İmam Hüseynin (ə) şəhadətilə əlaqədar təşkil olunan təziyə məclisində iştirak etmiş və mərsiyə zamanı sinə vurmuşdu.

Qeyd edək ki, Ziya Balıyev sosial şəbəkə hesabında dini baxışı barədə məlumat hissəsinə "Skeptik-Ateizm" yazıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930