Avstriya prezidenti hicaba dəstək verdi
Mьəllif: admin1
Tarix: 27-04-2017, 10:16
Bцlmə: Xəbərlər

 Avstriya prezidenti Van der Bellen ölkəsindəki hicabla bağlı mübahisələrə reaksiya verib: "Qadınların necə geyinmək istəmələri onların təbii haqqıdır. Bütün qadınlar hicab geyinə bilərlər".

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Avstriya Dövlət Televiziyası (ORF) tərəfindən prezident Aleksandr Van der Bellenin vəzifəsinə başlamasının 100-cü günü münasibətilə hazırlanan və mayın 5-də efirə verilməsi planlaşdırılan proqramdan qısa bir hissəsi mətbuatın diqqətinə çatdırılıb.

Prezidentin vəzifəyə başlamasından sonra, etdiyi çıxış və iştirak etdiyi tədbirlərə yer verilən proqramda, Van der Bellen ilə bir müsahibə də alınıb.

 

Son günlər mübahisələrə səbəb olan ikili vətəndaşlıq məsələsinə münasibət bildirən Van der Bellen, insanın ikili vətəndaşlığa malik olmasında bir problem görmədiyini deyib. Avstriya prezidenti, həmçinin ikili vətəndaşlığın Avstriya dövlətinə zərər verəcəyini də düşünmədiyini söyləyib.

 

Ölkəsində mübahisələrə səbəb olan hicab probleminə dair sualı cavablandıran Van der Bellen, belə danışıb: "Qadınlar necə istəyirlərsə, o cür də geyinmələri onların təbii haqqıdır. Təkcə müsəlman qadınlar yox, bütün qadınlar hicab geyinə bilərlər. Əgər bu cür davam edərsə, islamofobiya hərtərəfli genişlənərsə, bir gün dini səbəblərlə hicab bağlayanlara dəstək vermək üçün bütün qadınlardan hicab taxmasını istəməyə məcbur qala bilərik".


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930