Belə olacağını bilsəydim pinəçi olardım - Albert Eynişteynin müsahibəsi
Mьəllif: admin1
Tarix: 5-04-2017, 17:59
Bцlmə: Xəbərlər
Belə olacağını bilsəydim pinəçi olardım - Albert Eynişteynin müsahibəsi
Eynişteynin ölümündən az əvvəl verdiyi müsahibə insanları bir daha düşünməyə sövq edir.
İslaminSesi həmin müsahibəni sizə təqdim edir.

-Dünyada niyə bu qədər xaos yaşanır?
Dünyada baş verən bu xaosun səbəbi pis adamlar və onların qərarlarına görə deyil, olanları durub sadəcə seyr edən və buna səs çıxarmayanların ucbatındadır.

-Dünya hara gedir?
Dünya müharibəsi təbii resursların əskikliyi ucbatından başlayacaq. Dünya müharibəsində hansı silahlardan istifadə olunacağını bilmirəm, amma o müharibədə daş və sopaların da olacağı dəqiqdir.

- Siz atomu kəşf etdiniz. Bunun nəticəsində Naqasaki və Xirosimada dəhşət yaşandı. Bu barədə nə düşünürsünüz?
Hər müharibə insanın inkişafını ləngidən zəncirə bir halqa daha əlavə edər. Mən atomu bəşəriyyətin xeyirə istifadə etməsi üçün kəşf etdim. Amma insanlar onunla bir-birlərini öldürürlər. Belə olacağını bilsəydim pinəçi olardım.

-Uğurun formulu nədir?

A=X+Y+Z
A- uğurdur. X- çalışmaqdı. Y- Çalışdığın işi oyun kimi görməkdir. Z- danışmaq yerinə istehsal etməkdir.

-Elmin çata biləcəyi ən son nöqtə haradır?
Dünyada tək bir uşaq bədbəxt olmaqda davam edəcəksə, böyük icadlar və irəliləyişlərdən söhbət gedə bilməz.

-Nə zaman dünyanın sirrini öyrənmiş olacayıq?
Bir qum dənəsinin sirrini öyrənmiş olsaydıq bütün dünyanın sirrini öyrənmiş olardıq.

- Bir ölkənin gələcəyi nəyə bağlıdır?
O ölkə insanın görəcəyi təhsilə bağlıdır. Təhsil isə bir insanın məktəbdə öyrəndiklərindən sonra yadında qalanlardan ibarət olur.

- Dünya səfehlərlə doludur deyirsiniz. Səfehlərin bir əlaməti varmı?
Eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləyən adam. Səfehlərlə dolu olan dünya dözülməzdir. Dahiliyin sərhədləri var, amma səfehliyin yoxdur.

- Sizin zərif bir insan olmadığınızdan hey bəhs edirlər...
Yüksək ruhlar həmişə adi ağılların müxalifəti ilə toqquşarlar. Əgər elm adamı olaraq həqiqəti açıqlamaq istəyirsinizsə incə ruhlu olmağı kənara qoymalısınız. Digər tərəfdən onu da qeyd etməliyəm ki, məni bu dünyada bir neçə nəfər anladı, onlar da yanlış anladı.

-Bütün dünyaya bir mesaj vermək istəsəniz o nə olardı?
Yer üzündəki həyatın düzəlməsi yanlız elmi kəşflərlə deyil, əxlaqi tənzimləmələrlə mümkün ola bilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930