Ölən an nələri görürük?
Mьəllif: admin1
Tarix: 19-04-2023, 11:56
Ölən an nələri görürük?

Ölməzdən əvvəl insanda elə bir hal olur ki, insan dünyada söhbət etmədiyi və görmədiyi şeyləri müşahidə edir. İnsan can verən zaman dünya ilə bərzəx aləmi arasında olur.

Deyirlər ki, bir ayağı dünyada və bir ayağı da bərzəx aləmində olur. Bəzən dünyaya gəlir və bəzən də bərzəxə gedir. Bəzən huşdan gedir və bəzən də huşa gəlir. Bu zaman elə hallar keçirir ki, dünyada yaşayan zaman həmin halları keçirməmişdir.

Dünyada zaman və məkan məhdudiyyətləri vardır. Lakin bərzəx aləmində bu məhdudiyyətlər yoxdur.

İmam Əlidən (ə) gələn hədisləri oxuyan zaman başa düşmək olur ki, insan can verən zaman bəzən elə insanların simasını görür ki, həyatda heç onları görməmişdir.

Bu insanlar gəlir və ona suallar verirlər. Həmin şəxs ona sual verər ki, sən kimsən ki, mən səni tanımıram. Həmin şəxs deyər ki, mən sənin dünyada topladığın mal-dövlətinəm.

Bu dünyada olan hər bir şeyin dünya formaları olduğu kimi, bərzəx formaları da vardır ki, dünyada olandan fərqlənir.

Dünyada evlə və ya maşınla söhbət etmək olmaz, ancaq bərzəx aləmində ev və ya başqa əşyalar insanla danışarlar. Evin şüuru yoxdur, ancaq mələkut həqiqətinin şüuru vardır.

Deyirlər ki, əgər insan namazı bir dəfə görsəydi, ona aşiq olardı. Namazın eşqindən yuxuya gedə bilməzdi.

Bəli, həmin şəxs deyir ki, mən sənin ömrün boyu topladığın həmin mal-dövlətəm. İnsan deyir ki, bilirsənmi ki, mən nə qədər sənə qarşı həris idim?! Sənin üçün nə qədər zəhmət çəkmişəm, gecə və gündüz bilməmişəm.

İndi mənim vəziyyətimi görürsən. Mənə nə kömək edə bilərsən? Mal-dövləti deyir: “Sənin məndə bir kəfən qədər haqqın vardır.

Onu al və özünlə apar. Bundan başqa malında haqqın yoxdur, gərək dünya əhli üçün qalsın”.

Meyit bu simadan ümidsiz olur. Qarşısında başqa bir sima peyda olar. Ondan soruşar ki, sən kimsən? Deyər ki, mən sənin əhlinəm.

Dünyada əhlin həqiqi siması ailə, qadın, uşaq və ətrafda olanlardır. Həmin insan deyir ki, bilirsinizmi ki, mən sizin üçün nə qədər zəhmət çəkmişəm?! Öz istirahətimi sizə fəda etmişəm.

Sizin rifahda olmağınız üçün səy göstərmişəm. İndi mənə nə kömək edə bilərsiniz? Əhli ona deyər ki, biz səni qəbrə qədər müşayiət edərik və dəfn edərik.

Biz qəbrə daxil ola bilmərik, gərək dəfndən sonra geri qayıdaq və həyatımıza davam edək. İnsan öz əhlindən də ümidsiz olur.

Qarşısında üçüncü sima zahir olur və ondan soruşur ki, sən kimsən?

Deyər ki, mən sənin əməllərinəm. Bütün ömrün boyu yerinə yetirdiyin əməllər. İnsan deyər ki, mənim sizə qarşı əlaqəm olmamışdır və siz məni çətinliyə salmısınız.

Namaz vaxtı olan zaman öz-özümə deyirdim ki, gərək ayağa qalxıb, yenə namaz qılım. Səhər gərək yuxudan durum. Və Ramazan ayının orucu mənim üçün çox ağır idi.

Mənə bu halda yardım edə bilərsənmi? Əməl ona deyər ki, mən həmişə səninlə bir yerdəyəm. Qəbirdə, bərzəx aləmində, Qiyamət günü və behiştə daxil olana qədər. Əslində sənin behiştin – mənim özüməm.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930