TİBBdə yenlik İNFARKT, İNSULT VƏ DEMENSİYAnın qarşısını alan ADİ MƏHSUL.
Mьəllif: admin1
Tarix: 8-02-2017, 22:17
Bцlmə: Xəbərlər
TİBBdə yenlik İNFARKT, İNSULT VƏ DEMENSİYAnın qarşısını alan ADİ MƏHSUL.
Böyük Britaniya alimləri demensiya, infarkt və insult zamanı yaxşı müalicəvi təsir göstərən yeni preparat hazırlayıblar.

Xarici KİV-lərin məlumatına görə, bu preparatın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, dərman... adi şokoladdan hazırlanıb.

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, kakaonun tərkibində olan flavonoidlər adi çəkilən xəstəliklərin inkişafının qarşısını alır. Lakin flavonoidlərin lazım olan miqdarını almaq üçün insan gərək hər gün 400 qr şokolad yesin. Bu isə, təbii ki, insan orqanizmi üçün ziyanlıdır.

Bütün bunları nəzərə alaraq alimlər şokoladdan həblər hazırlayıblar ki, bu həblərin tərkibində flavonoidlərin konsentrasiyası maksimal həddədir.

Həmçinin mütəxəssislər ağır ürək-damar sistemi pozulmlarının və qocalıqla bağlı olan ağıl zəifliyinin profilaktikası üçün hər gün adi 100 qr-lıq şokolad "plitka"sının 1/4 hissəsini yeməyi tövsiyə edirlər. Söhbət yalnız tünd şokoladdan (tərkibində 70% və bundan çox kakao) gedir.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930