Şokoladın daha bir faydası açıqlandı
Mьəllif: admin1
Tarix: 18-05-2016, 22:55
Bцlmə: Xəbərlər
Şokoladın daha bir faydası açıqlandı
Xoşbəxtlik hormonunun istehsalını artırdığı üçün bir çox insanın vazkeçilməzləri arasında olan şokoladın daha bir faydası üzə çıxıb.

Aparılan araşdırmalar şokoladın alzaymer xəstəliyinə yaxalanmaq riskini azaltdığını üzə çıxarıb. Mütəxəssislər bildirir ki, şokolad beyni qoruyur, yaddaşı möhkəmləndirir və zəkanı artırır. Tez-tez şokolad yeyənlərdə, xüsusilə, göz yaddaşı güclü olur. Şokolad qısa müddətdə problemlərdən çıxış yolu tapmağa, məntiqli fikirlər yürütməyə kömək edir.

Telefon nömrələrini və ya evə alınacaq qidaları unudursunuzsa, şokolad yeyərək yaddaşınızı gücləndirə bilərsiniz.

Şokolad yeyənlər eyni zamanda bir neçə işlə məşğul ola bilir. Məsələn, avtomobil idarə edərkən danışır, telefonla danışdıqları müddətdə alış-veriş siyahısını yaza bilirlər. Alimlərin iddiasına görə, şokoladın tərkibindəki maddələr orqanizmdə qan dövranını sürətləndirdiyi və beynə daha çox qan getməsini təmin etdiyi üçün beyin funksiyalarını gücləndirir.

Qeyd edək ki, yalnız 70 və ya 90 faizi kakaodan ibarət olan tünd şokoladdan istifadə etmək lazımdır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930